Accessibility links

Ukrayna Baxmut uğrunda şiddətli döyüşlərin getdiyini, "Vaqner" qrupu isə şəhərə nəzarəti ələ keçirdiyini iddia edir


Ukrayna və Rusiya qüvvələri bazar günü Ukraynanın şərqində iki tərəf arasında aylardır şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinin statusu ilə bağlı bir-birinə zidd hesabatlar verib.

Rusiyanın hərbiləşdirilmiş "Vaqner" qrupunun rəhbəri deyib ki, onun qüvvələri Baxmutdakı administrasiya binası üzərində Rusiya bayrağını qaldırıb və "hüquqi baxımdan" nəzarəti ələ keçirib

Ukrayna ordusu Rusiya qüvvələrinin Baxmuta hücumlarını davam etdirdiyini, lakin qoşunlarının "düşmənin çoxsaylı hücumlarını dəf edərək, şəhəri cəsarətlə saxladığını" bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi müraciətində Baxmutda vəziyyətin bazar günü "xüsusilə gərgin" olduğunu bildirib.

"Avdiyivkada, Maryinkada, Baxmutda döyüşən əsgərlərimizə təşəkkür edirəm, xüsusilə Baxmutda. Orada vəziyyət xüsusilə qaynardır" - deyə, Zelenski bildirib. .

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışarkən Rusiyanın casusluqda ittiham etdiyi Wall Street Journal qəzetinin müxbiri Evan Qerşkoviçi dərhal azad etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patelin bəyanatında jurnalistin adı çəkilməyib.

Blinkenə cavabında Lavrov Gerşkoviçin taleyinin Rusiya məhkəməsi tərəfindən müəyyən ediləcəyini bildirib və Vaşinqtonun işi siyasiləşdirməsinin qəbuledilməz olduğunu deyib. Lavrov jurnalistin "cinayətə görə" həbs edildiyini deyib, lakin Rusiya hələ heç bir sübut təqdim etməyib.

Kreml Gerşkoviçin jurnalistikadan casusluq üçün pərdə kimi istifadə etdiyini iddia etsə də, qəzet isə bunu qətiyyətlə rədd edib. The Wall Street Journal cümə axşamı Gerşkoviçin həbsini "azad mətbuata qarşı amansız təhqir" adlandıraraq, onun dərhal azad edilməsini tələb edib. The New York Times isə xəbər təşkilatları koalisiyasının Gerşkoviçin saxlanmasından dərin narahatlığını ifadə edən bəyanatını dərc edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG