Accessibility links

Ukrayna ordusu: Döyüşlərin mərkəzi Baxmut və Marinkadadır


Ukrayna ordusu çərşənbə günü bildirib ki, döyüşlərin mərkəzi Baxmut və Marinkadadır. Rusiya qüvvələrinin Ukraynaya raket və havadan hücum ehtimalı yüksək olaraq qalır.

Ukrayna ordusu Baş Qərargahının gündəlik məlumatında Rusiyanın son sutka ərzində 41 hava hücumu həyata keçirdiyi və hücumlar zamanı mülki vətəndaşların yaralandığı, mülki və inzibati binaların zədələndiyi bildirilib.

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder çərşənbə axşamı jurnalistlərə deyib ki, Baxmutda vəziyyət "dinamik" olaraq qalır.

Rusiya aylarla davam edən gərgin döyüşlərə səhnə olan şəhəri ələ keçirdiyini iddia edib. Ukrayna hələ də şəhərin ətrafındakı bəzi ərazilərə nəzarət etdiyini bildirib.

Rayder jurnalistlərə bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupunun cümə axşamı keçiriləcək növbəti iclasında yerüstü hava hücumundan müdafiə vasitələri, döyüş sursatları və F-16 qırıcıları ilə bağlı təlimlərə diqqət yetirəcəyi gözlənilir.

Çex Respublikası parlamentinin Aşağı Palatasının spikeri Marketa Pekarova Adamova Amerikanın Səsinə bildirib ki, Rusiya qoşunları Ukraynanın bəzi bölgələrini işğal etdiyi üçün hazırda sülh danışıqları imkansızdır. O, eləcə də Çinin irəli sürdüyü sülh planında ziddiyyətli məqamlar olduğunu deyib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarını işğal etdiyi Ukrayna torpaqlarından çıxarmayana qədər sülh danışıqları baş tuta bilməz.

XS
SM
MD
LG