Accessibility links

ABŞ müdafiə naziri: Baxmut strateji dəyərdən daha çox simvolik dəyər daşıyır


ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar ertəsi deyib ki, əgər Rusiya qoşunları Ukraynanın şərqindəki Baxmut şəhərinə nəzarəti ələ keçirə bilsələr, bu, münaqişədə həlledici dəyişiklik yaratmayacaq.

"Bunun strateji və əməliyyat dəyərindən daha çox simvolik dəyər olduğunu düşünürəm", Austin İordaniyaya səfəri zamanı jurnalistlərə deyib.

Baxmut Ukraynanın Donetsk vilayətindəki əraziyə nəzarəti ələ keçirmək üçün Rusiya ilə aylardır davam edən gərgin döyüşlərə səhnə olub.

Austinin bazar ertəsi Ukraynanın qoşunlarını şəhərin qərbinə yerləşdirmək qərarını Ukrayna üçün strateji uğursuzluq olaraq qiymətləndirməyəcəyini deyib.

Bazar ertəsi həmçinin Ukrayna ordusu Rusiyanın İran istehsalı olan dronlardan istifadə edərək, yeni hücumlar həyata keçirdiyi barədə məlumat verib.

Ukrayna Müdafiə Nazirliyi Tvitter hesabında hərbi qüvvələrin 15 pilotsuz təyyarədən 13-nü vurduğunu bildirib.

Rusiya Ukraynanın infrastruktur obyektləri də daxil olmaqla, müxtəlif bölgələrində hədəfləri vurmaq üçün "Şahed" dronlarından istifadə edib.

Bu arada, Rusiya müdafiə naziri Sergey Şoyqunun bazar ertəsi Ukraynanın cənubunda rus əsgərlərinə və tibb mərkəzinə baş çəkdiyini bildirib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, Şoyqu Mariupola səfər zamanı Rusiyanın keçən il viran qoyduğu şəhərdə yenidənqurma işlərinin gedişi ilə tanış olub. Nazirlik səfərin nə vaxt baş verdiyini açıqlamayıb.

XS
SM
MD
LG