Accessibility links

Rusiyanın yardım karvanı icazə olmadan Ukrayna sərhədini keçib [Fotoqalereya]


Ukrayna icazə olmadan yardım karvanının ölkənin şərq sərhədlərini keçdiyini deyərək Rusiyanı birbaşa işğalçı adlandırıb.

Ukraynanın Xarici İşlər Nazirliyinin bu gün açıqladığı bəyənatında deyilir ki, yoxlanış üçün sərhəd məntəqəsində bir neçə gün gözləyən 200 maşından ibarət humanitar yardım karvanı Ukraynaya doğru irəliləyib.

Karvan neçə gündür ki, yoxlanışdan keçmək üçün gözləyirdi. Moskva isə Kiyevin icazəsini gözləməkdən yorulduğunu bildirib.

Bu gün Rusiyadan Ukraynaya ərzaq, su, generatorlar və mobil yataqlarla dolu onlarla yük maşını keçib. Qırmızı Xaç Cəmiyyəti təhlükəsizlik zəmanəti olmadığı üçün maşın karvanını müşayiət etməyəcəyini bildirib.

XS
SM
MD
LG