Ukrayna hərbi qüvvələrinin bildirdiyinə görə, sentyabr ayının əvvəlində atəşkəs barədə razılığın əldə edilməsinə baxmayaraq, Rusiya tərəfdarı separatçılarla döyüşlər zamanı son 24 saat ərzində 3 Ukrayna əsgəri həlak olub.
Keçən həftənin şənbə günü də döyüşlər zamanı Ukraynanın 4 hərbiçisi ölıdürülüb. Atəşkəs razılığından bəri Ukrayna döyüşlərdə 150 nəfərə qədər əsgərini itirib.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə sentyabr ayının 5-də Rusiya, Ukrayna və separatçıların liderlərinin atəşkəs barədə razılığı imzalamalarına baxmayaraq, hər iki tərəfdən hücumlar davam edib.
Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Beləliklə, sülh razılaşması tamamilə pozula bilər.