Accessibility links

Ukrayna sursat çatışmazlığı ilə üzləşdiyini bildirir


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen. Kyiv, Ukrayna. 11 iyun, 2022.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen. Kyiv, Ukrayna. 11 iyun, 2022.

Ukrayna rəsmisi bildirib ki, ordunun Rusiya ilə döyüşlərdə istifadə etdiyi sursatlar tükənir. Ölkənin cənubunda cəbhə xəttinə yaxın yerləşən Mikolaiv bölgəsinin qubernatoru təcili beynəlxalq hərbi dəstəyə çağırış edib.

“Rusiya ordusu daha güclüdür, onların çox artilleriyası və sursatları var. Hələlik bu, artilleriya müharibəsidir…və bizim sursatımız tükənib,” Vitali Kim deyib. “Avropa və Avropanın yardımı çox, çox mühümdür.”

Ukrayna daha çox silah təmin etmələri üçün başqa ölkələrlə danışıqlar aparır. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba şənbə günü Twitterdə bildirib ki, o, polşalı həmkarı Zbiqnev Rau ilə ağır silahların gələcək tədarükü müzakirə edib. Kuleba deyib ki, iki lider həmçinin Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalarının tətbiqini müzakirə edib.

Donbas bölgəsində şiddətli döyüşlər davam edir. Ukrayna ordusu Rusiyanın işğal etdiyi Xerson bölgəsində bir neçə əks hücum həyata keçirib.

Paytaxt Kyivdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə əvvəlcədən elan olunmayan görüş keçirərək, ölkənin bərpası və Avropa İttifaqına üzvlük səylərini müzakirə edib.

“Mən yenidənqurma üçün lazım olan işlərlə Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişi birlikdə qiymətləndirəcəm,” o, Twitterdə bildirib. Avropa Komissiyasının sədri deyib ki, onun icraçısı yaxında Ukraynanın Aİ-yə qoşulmaq üçün namizəd olub-olmamalı olduğuna dair qərarını yekunlaşdıracaq.

“Şənbə günü müzakirələr bizə qiymətləndirməmizi gələn həftənin sonunadək yekunlaşdırmağa imkan verəcək,” o, Prezident Zelenskiyə deyib. Zelenski şənbə günü Kyivdə naməlum bir yerdən çıxış edərək bildirib ki, ölkəsi “Rusiyanın başlatdığını bu müharibədə mütləq qalib gələcək.”

Hazırda Sinqapurda keçirilən Şanqri-La Asiya Dialoqu təhlükəsizlik sammitində çıxış edən Zelenski deyib ki, Ukrayna münaqişə səbəbilə ərzaq tədarükünü davam etdirməkdə çətinlik çəkir və dünyanın bəzi hissələri Rusiyanın blokadası səbəbindən “kəskin və şiddətli ərzaq böhranı və aclıq” ilə üzləşir.

ABŞ-ın müdafiə naziri şənbə günü konfransda Ukraynaya daha çox beynəlxalq dəstəyə çağırış edib və deyib ki, Rusiyanın təcavüzünün milli suverenlik və qlobal nizama daha geniş təsirləri olacaq. Lloyd Austin dünyanın diqqəti Rusiyanın Ukraynada apardığı müharibədən çevriə biləcəyininə dair narahatlığını ifadə edib.

“Dünya qüdrətləri imperiya iştahlarının dinc qonşularının hüquqlarından daha vacib olduğuna qərar verdikdə belə olur,” Austin deyib. “Bu, bizim heç birimizin yaşamaq istəməyəcəyi mümkün xaos və qarışıqlıq dünyasına ön baxışdır,” Austin Şanqri-La Dialoq konfransında müdafiə nazirlərinə bildirib.

Bu gün Ukrayna rəsmiləri getdikcə müttəfiqlərinin “müharibədən tükənməsi” nətiəsində Qərbdən dəstəyin azalacağından narahatdırlar.

Onlar qorxur ki, Rusiya bundan istifadə edərək Ukraynaya kompromisə getmək üçün təzyiq göstərə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək buna müqavimət göstərərək, Ukraynanın sülh üçün öz şərtlərini yerinə yetirəcəyini bildirib.

“Yorğunluq artır, insanlar özləri üçün bir növ [faydalı] nəticə istəyirlər, biz isə özümü üçün [başqa] bir nəticə istəyirik,” o deyib.

“Aydındır ki, Rusiya Qərbi yormaqda qərarlıdır və indi Qərb ölkələrinin yorulub, tədricən militant ritorikalarını daha mülayim ritorikaya dəyişməyə başlayacaqlar,” Penta Mərkəzinin siyasi təhlilçisi Volodimir Fesenko The Associated Press-ə müsahibəsində bildirib.

Bu arada isə Moskvanın işğal etdiyi Xerson şəhərində rəsmilər şənbə günü ilk dəfə yerli sakinlərə Rusiya pasportalı veriblər. Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat verib. Dövlətə məxsus xəbər agentliyi bildirib ki, 23 Xerson sakini Rusiya prezidenti Vladimir Putinin may ayında imzaladığı fərmanla asanlaşdırılan “sadələşdirilmiş prosedur” vasitəsilə keçirilən mərasimdə Rusiya pasportu alıb.

“Bütün Xerson sakinləri mümkün qədər tez bir zamanda pasport və [Rusiya] vətəndaşlığı almaq istəyirlər,” TASS bölgə administrasiyanın Moskva tərəfdarı başçısı Vladimir Saldoya istinadən bildirib.

XS
SM
MD
LG