Rusiyanın Ukraynanın daha dörd ərazisini ilhaq etməsinin ardınca Ukraynanın NATO-da qoşulmaq səylərini sürətləndirmək istəyi Brüssel və Vaşinqtonda ehtiyatla qarşılanır. Yüksək səviyyəli rəsmilə diqqəti onların Kyivə sarsılmaz dəstəyinə yönəltməyə çalışırlar.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü sosial mediaya Qərb ittifaqına seətləndirilmiş üzvlük müraciətini imzaladığını göstərən video yerləşdirib.
“Biz de-fakto artıq NATO-ya girmişik,” Zelenski video ilə birlikdə paylaşdığı açıqlamada bildirib. “Bu gün Ukrayna bunu de jure etmək üçün müraciət edirik.”
Ancaq brifinq zamanı alyansın müraiəct ilə bağlı sürətlə hərəkət edib-etməyəcəyi suala NATO-nun baş katibi Yens Stoltenberq istəksiz cavab verib.
“İndi bizim diqqətimiz Ukraynaya təcili dəstək verməyə, Ukraynaya özünü Rusiyanın qəddar işğalına qarşı müdafiə etməyə yardım etməyə yönəlib,” Stoltenberq jurnalistlərə deyib.
“Hazırda NATO müttəfiqlərinin əsas diqqəti və səyi budur,” o əlavə edib və deyib ki, bu cür dəstək “lazım olduğu qədər davam edəcək.”
NATO-nun və NATO-ya üzv ölkələrin rəsmiləri uzun zamandır deyir ki, Ukrayna kimi suveren ölkələrin alyansa qoşulmaq istəmək azadlığı olmalıdır. Və ötən iyun ayında Ukrayna Madriddə NATO-nun dövlət və hökumət başçılarının sammitində iştirak edib.
Bununla belə alyans Ukraynaya tam üzvlük verməyə tələsmir.
“Bizim düşüncəmiz odur ki, Ukraynaya dəstək verməyin ən yaxşı yolu Ukraynaya yerində praktiki dəstək verməkdir və Brüsseldəki proses başqa vaxtda müzakirə edilməlidir,” Ağ Evin Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü müxbirlərə deyib.
Rusiya dəfələrlə NATO-nun genişlənmək ehtimalını mövcudluğuna təhlükə adlandırıb və fevral ayında Ukraynaya hərbi müdaxilə etmədən öncə Ukraynanın NATO-ya üzv olmasının provokasiya olacağını iddia edib.
Ancaq Qərb və ABŞ rəsmiləri iddia edir ki, Rusiyanın hərəkətləri əks nəticə verdi və İsveç ilə Finlandiya iyul ayında NATO-ya qoşuldu.
ABŞ Senatı bu iki ölkənin NATO-ya üzvlüyünü avqust ayında təsdiq etdi. İndi yalnız Macarıstan və Türkiyə onların üzvlük üçün müraciətlərini ratifikasiya etməlidir.