Accessibility links

Rusiya ordusunun Xarkiv vilayətinin Kupyanski rayonuna raket zərbəsi nəticəsində biri 6 yaşlı uşaq olmaqla, 51 nəfər ölüb


Ukrayna daxili işlər naziri İhor Klimenkonun bildirdiyinə görə, Xarkiv vilayətinin Qroza Kupyansk rayonunda ərzaq mağazasına raket zərbəsi endirməsi nəticəsində 51 nəfər ölüb.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında "Rusiya terroruna son qoyulmalıdır. Rusiyaya sanksiyalardan yayınmağa yardım edən hər kəs cinayətkardır. İndiyə qədər Rusiyanı dəstəkləyən hər kəs şəri dəstəkləyir. Rusiyaya bu və buna bənzər terror aktları yalnız bir məqsədlə lazımdır - soyqırım təcavüzünü bütün dünyada yeni normaya çevirmək. Və həyatımızı qorumaqda bizə dəstək olan hər bir liderə, hər bir xalqa təşəkkür edirəm" yazıb.

Xarkiv vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinehubov Rusiya qoşunlarının Qroza Kupyansk rayonundakı kafe və mağazanı hədəf aldığını bildirib.

"Hazırda dağıntılar altından altı yaşlı uşaq da daxil olmaqla, 50 nəfərin cəsədi çıxarılıb. Biri uşaq olmaqla, altı nəfər yaralanıb. Yaralılardan biri yardım göstərilərkən ölüb" - deyə, Sinehubov yazıb.

Forum

XS
SM
MD
LG