Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkənin tanınmış jurnalisti Oles Buzina bu gün küçədə qətlə yetirilib.
Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, "Bu gün" qəzetinin baş redaktoru Oles Buzina Kiyevdəki evinin yaxınlığında güllə ilə vurulub. Məlumatda jurnalistin iki maskalı şəxs tərəfindən qətlə yetirildiyi və həmin şəxslərin hadisə yerindən avtomobilə minərək qaçdıqları deyilir.
Qətllə bağlı istintaq aparılır.