Accessibility links

Ukraynalı rəqqasların Vaşinqtondakı həmkarları yardım məqsədilə xeyriyyə tamaşaları təşkil edir


Ukraynalı rəqqasların Vaşinqtondakı həmkarları yardım məqsədilə xeyriyyə tamaşaları təşkil edir
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Ukraynalı rəqqasların Vaşinqtondakı həmkarları yardım məqsədilə xeyriyyə tamaşaları təşkil edir

Ukraynada caz rəqqasları əsgər və ya könüllü olmaq geyimlərini çıxardıqları bir vaxt, Vaşinqton bölgəsindəki rəqs icması vəsait toplamaq və Ukraynaya yardım etmək üçün xeyriyyə tamaşaları təşkil etməyə çalışır.

Bu, kyivli rəqs müəllimi Genya Tsvetkovadır. Onlarla tələbə, rəqs məclisləri və gözəl video kliplər - onun Rusiyanın Ukraynaya hərbi təcacvüzündən əvvəlki həyatı belə idi. Artıq o rəqs etmir, musiqiyə belə qulaq asa bilmədiyini deyir. Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Genya yardım üçün əlindən gələni etməyə hazırdır. “Nə baş verdiyini başa düşmək çətin idi. Səhər saat altıda kimsə sizə müharibə başladı deyir. Əvvəlcə insanların nəyə ehtiyacı olduğunu internetdə soruşurduq. Çox adam qaldı - valideynlər, dostlar, tanışlar. Mən başa düşdüm ki, mən ərzaq - yumurta, süd, çörək alıb şəhərin müxtəlif yerlərində insanlara çatdıra bilərəm” - deyə, Genya Tsvetkova bildirir.

Əslən kyivli Genya Nagornıy də Rusiyanın hərbi müdaxiləsindən əvvəl rəqs edirdi. Lakin fevralın 24-də o, rəqs kostyumunu əsgər forması ilə əvəz etdi. “Müharibənin ikinci günü ərazi mühafizəsinə getdim, lakin mənə dedilər ki, heç bir yer yoxdur. Mən Kyivdə çayın sol sahilində yaşayıram, ona görə də çayı keçib digər məntəqəyə getmək qərarına gəldim. Mən vətənimi çox sevirəm. Mən onun Rusiyanın əlavə bir hissəsinə çevrilməsini istəmirəm”.

Amerikalı rəqqaslar ukraynalı həmkarlarını şəxsən tanımaya bilərlər. Lakin onları bir-birindən müxtəlif dünyalar ayırsa da, onları bir araya gətirən rəqsin dilidir. Bu, amerikalıları Ukraynaya vəsait toplamaları üçün rəqs etməyə ruhlandırır. Syu Keyli: “Ukraynada caz rəqs icması çox güclüdür və bu, bütün dünyada universal rəqs dildir. Beləliklə, Ukraynadakı qardaş və bacılarımızın bizə ehtiyacı var. Çox adam maraqlanırdı, ona görə də biletlər tez satılır. Dünən gecə və bu gün hamı mənimlə əlaqə saxlayıb, gələ biləcəklərini soruşub”.

Geyim kodu sadədir - Ukrayna bayrağının rəngləri olan mavi və sarı rənglər. Kişilər tələblərə tam ciddiyyətlə yanaşır. Rəqqas Pol Malakovski: “Mənim çoxdandır sarı köynəyim var idi və indi mavi köynək əlavə etdim. Həyat yoldaşım mənə mavi corab və mavi köynək aldı. Demək olar ki, hər dəfə burada rəqs olanda gəlirəm. Bu, Ukrayna üçün xüsusi bir ianə vəsaiti toplanmasıdır”.

Gecədə rok-n-rolldan əlavə, ənənəvi Ukrayna musiqisi səsləndirilir, bəzi ənənəvi Ukrayna mahnıları ifa edilir.

İstənilən şəxs həm onlayn, həm də tamaşa zamanı ianə edə bilər. Tamaşa zamanı rəqqaslar 5000 dollardan çox pul toplayıb. Onlar deyirlər ki, bütün vəsait birbaşa Ukrayna ordusuna gedəcək. Kyivli Genia Tsvetkova və Genia Nagorniy əmindirlər ki, müharibə başa çatdıqdan sonra onlar yenidən rəqs etməyə başlayacaqlar.

XS
SM
MD
LG