Accessibility links

Ukraynada müstəqillik günü müxalifət nümayişlər keçirib


Ukraynada müstəqillik günü müxalifət nümayişlər keçirib
Ukraynada müstəqillik günü müxalifət nümayişlər keçirib

Ukraynada minlərlə müxalifət fəalı bu gün ölkədə müstəqilliyin 20-ci ildönümü qeyd edilən vaxt paytaxt Kiyevdə keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə etiraz əlaməti olaraq nümayiş keçirib. Fəallar Kiyevin mərkəzində milli şair Taras Şevçenkonun abidəsi qarşısında toplaşaraq, şəhər boyu yürüş keçirməyə çalışıb, lakin polis onların qarşısını alıb. Nümayişçilər Timoşenkonun həbsinə etirazlarını bildiriblər. Ukrayna məhkəməsi müxalifət qruplarının müstəqillik günü paytaxtın bir sıra yerlərində nümayişlər keçirməsini qadağan edib. Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə müstəqillik münasibətilə keçirilən bir sıra tədbirlərdə iştirak edib.

XS
SM
MD
LG