Accessibility links

Rusiyanın raket hücumu Kyivin "Oxmatdit"dəki "Super Qəhrəmanlar Məktəbi"ni də dağıdıb


Rusiyanın raket hücumu Kyivin "Oxmatdit"dəki "Super Qəhrəmanlar Məktəbi"ni də dağıdıb
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Rusiyanın raket hücumu Kyivin "Oxmatdit"dəki "Super Qəhrəmanlar Məktəbi"ni də dağıdıb

Rusiyanın iyulun 8-də Ukraynanın ən böyük uşaq xəstəxanasına ölümcül raket hücumu orada dərslərini davam etdirməyə çalışan ağır xəstələr üçün məktəbi də məhv etdi. Kyivin "Oxmatdit Uşaq Xəstəxanası"nda açılan "Super Qəhrəmanlar Məktəbi" indi Ukraynanın digər uşaq xəstəxanalarında da fəaliyyət göstərir.

"Bura valideynlər, müəllimlər və şagirdlərimiz üçün məktəbə giriş idi."

Rusiya raketlərinin bu ayın əvvəlində "Oxmatdit Uşaq Xəstəxanası"na hücumundan sonra "Super Qəhrəmanlar Məktəbi"ndən qalan budur.

Məktəbin direktorui Halina Musiyenko hücum zamanı zədələnməmiş kitab və dəftərləri axtarır.

"Bura bizim əsas sinif otağımız idi. Xahiş edirəm çox diqqətli olun. Uşaqlar üçün belə hədiyyələr hazırlamışdıq."

İyulun 8-də səhər saat 10:30 radələrində Rusiya raketləri adətən ağır xəstələrin dərs keçdiyi sinif otağına düşüb. Halina Musiyenko: "O vaxt sinifdə uşaq yox idi, çünki siren səhər saat 9:52-də çalmağa başladı və müəllim bütün uşaqları sığınacağa apardı".

Altı yaşlı Nazarçık Çerçukan "Oxmatdit"də 2023-cü ilin avqust ayından beyin şişindən müalicə alır. O, "Super Qəhrəmanlar Məktəbi"nin məktəbəqədər hazırlıq sinfinə yazı yazmağı öyrənmək ümidi ilə gedirdi.

Nazarçik anası Olqa Çerçukanla Mikolayiv vilayətindəki evlərindən xəstəxanaya müntəzəm olaraq kimya terapiyasından müalicə almaq üçün gəlirdi. Onlar xəstəxanada hücumdan 4 gün əvvəl olmuşdular. Nazarın anası Olqa Çerçukan: "Dərman almaq üçün aptekə getdik. Biz orada olmalıydıq, amma əvəzində evə getdik və o zaman partlayış səsini eşitdik. Pəncərədən baxdım və tüstü gördüm".

"Super Qəhrəmanlar Məktəbi" fəaliyyətə 2015-ci ildə könüllülərin təşəbbüsü ilə başlayıb, lakin 2021-ci ildən Ukrayna hökuməti sayəsində bu cür təhsil mərkəzləri təkcə Kyivdə deyil, ölkənin bir çox yerində açılıb.

Məktəb nümayəndələri deyirlər ki, tədris ili ərzində "Oxmatdit"dəki "Super Qəhrəmanlar Məktəbi"ndə 820-dən çox uşaq təhsil alıb.

Lakin Rusiyanın raket zərbəsi dərslərin keçirilməsini mümkünsüz edib. "Super Qəhrəmanlar Məktəbi"ndən Olqa Naboçenko: "Bu binada məktəbəqədər uşaqlar üçün kiçik sinif otağı yerləşirdi, lakin hazırda bina yararsız vəziyyətdədir. Orada hələ də kitabxana var, siz onu gördünüz, amma oranı su basıb, kitablar hamısına ziyan dəyib".

Raket zərbəsi xəstəxananın onkologiya şöbəsinə də ciddi ziyan vurub. Olqa Çerçukan oğlunun kimya kurslarını bitirə bilməyəcəyindən narahatdır. "Xəstəxananın atəşə tutulacağını gözləmirdim. Hər yerdə yaxşı həkimlər var, amma burada imkan çox idi, avadanlıq var idi, heç nə olmayan kəndimizdən fərqli olaraq, həkimlər uşaqların sağlamlığına nəzarət edə bilirdi."

Kyiv Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın “Oxmatdıt”ı atəşə tutması Ukraynanın yeganə Onkoloji və Hematoloji laboratoriyası da daxil olmaqla, xəstəxananın bir neçə şöbəsinə ya ziyan vurub, ya da tamamilə dağıdıb.

Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə, "Oxmatdit"in iki binasını bərpa etmək mümkün olmayacaq.

Forum

XS
SM
MD
LG