Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: Hazırda Zaporojye Atom Elektrik Stansiyasında nüvə təhlükəsi yoxdur


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri cümə axşamı bildirib ki, agentliyinin ekspertlərinin fikrincə Ukraynanın cənubundakı böyük nüvə elektrik stansiyasının ətrafının atəşə tutulmasından sonra birbaşa təhlükəsinin olmadığı qənaətinə gəlib. Lakin o, “vəziyyət hər an dəyişə bilər” deyə, xəbərdarlıq edib.

BAEA-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına video brifinqdə “Biz şübhəsiz ki, hər hansı nüvə fəlakətinin qəbuledilməzliyi ilə razılaşır və buna görə də bunun qarşısının allnması bizim əsas məqsədimiz olmalıdır” deyib.

“Buna nail olmaq üçün mən hər iki tərəfdən BAEA ilə əməkdaşlıq etmələrini və Zaporojye Atom Elektrik Stansiyasında missiyasını davam etməsinə tez bir zamanda icazə vermələrini xahiş edirəm” deyə, Qrossi bildirib.

Qrossinin sözlərinə görə, son vaxtlar Ukraynanın nüvə obyektlərində, xüsusən də Zaporojye nüvə stansiyasında vəziyyət “çox sürətlə pisləşir və bu, həyəcana səbəb olur”.

Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti agentliyi iyun ayından bəri Zaporojye ərazisini yoxlamaq üçün texniki missiya göndərməyə çalışır. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Qrossi “Lakin təəssüf ki, siyasi amillər və digər mülahizələrə görə bu mümkün olmadı. Biz son iki ayda nə baş verdiyini gördük. Bu kimi amillərin bizi daha çox ləngitməsinə icazə verə bilmərik” deyib.

Rusiya Zaporojye Atom Elektrik Stansiyasını martın 4-də ələ keçirib və oraya qoşun yerləşdirib. Stansiyanı idarə etmək üçün Ukrayna heyətini orada saxlayıb.

Ukrayna və Rusiya bir-birini avqustun 6-dan etibarən stansıyanın ətrafını atəşə tutmaqda ittiham edir.

BAEA-nin rəhbəri Qrossi obyektlərə fiziki ziyanı və nəzarət otağının işçilərinin iş şəraitini qiymətləndirmək, BAEA-nin bütün qoruyucu avadanlıqlarına texniki qulluq göstərmək üçün o və ekspertlərinin təcili Zaporojyeyə getməli olduğunu deyib.

XS
SM
MD
LG