Accessibility links

Ukrayna Kupyanskdan minlərlə insanı təxliyə edir


Ukraynanın cümə günü bildirdiyinə görə, Moskvanın 2022-ci ildə hərbi müdaxiləyə başlamasından təxminən altı ay sonra Kyivin Rusiyadan geri aldığı şimal-şərq şəhərindən minlərlə insanı təxliyə edib.

Moskva qüvvələrinin şəhərə bir neçə kilometr yaxınlaşdığı üçün Xarkiv vilayətinin şimal-şərqindəki əsas dəmir yolu qovşağı olan Kupyansk son aylar ölümcül hücumlara məruz qalıb.

Bölgənin qubernatoru çərşənbə axşamı hökumətin “daimi atəşə” görə sakinləri elektrik enerjisi və su ilə təmin edə bilmədiyi, Kupyansk və yaxınlıqdakı üç yaşayış məntəqəsindəki bütün mülki əhaliyə ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

Qubernator Oleh Sinehubov cümə günü Telegram hesabında yayılan videoda deyib ki, "ümumilikdə 10 minə yaxın insan təxliyə edilməlidir. Evakuasiyanın sürəti hər gün artır".

Kupyansk 2022-ci ilin fevralında Ukraynaya hücum etdikdən az müddət sonra Moskva tərəfindən ələ keçirildi və təxminən altı ay sonra Ukrayna qüvvələri onu geri aldı.

Müharibədən əvvəl orada 30 minə yaxın insan yaşayırdı. Rusiya artilleriyasının təkrar zərbələri şəhərin bir çox binasına ciddi ziyan vurub və onlarla mülki şəxsin həyatına son qoyub.

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Rusiya ilə müharibəyə son qoymaq üçün özünün "qələbə planı"nı açıqlayıb.

Zelenski dəfələrlə Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və Rusiyanın 2014-cü ildə Krımı birtərəfli ilhaq etməzdən əvvəl mövcud olan ərazi sərhədlərini bərpa etməyə çağırıb. Moskva bu təklifləri rədd edib.

Forum

XS
SM
MD
LG