Accessibility links

Ukrayna rəsmiləri ilə separatçılar razılığa gələ bilmədi - Döyüşlər davam edir [Yenilənib]


Ukraine
Ukraine

Ukrayna və Rusiyapərəst separatçılar arasında bu gün keçirilən sülh danışıqlar nəticəsiz başa çatıb. Ölkənin şərqində isə davam edən döyüşlər həm əsgərlərin, həm də mülki vətəndaşların həyatına son qoymaqdadır.


Belarus paytaxtı Minskdə keçirilən danışıqlar bir neçə saat davam edib. Ukrayna rəsmiləri separatçıların nümayəndəsini təcili atəşkəs planını müzakirə etmək istəməməkdə günahlandırıb. Sentyabr ayında tərəflər arasında əldə olunmuş atəşkəs razılığı dəfələrlə pozulub və keçən həftə üsyançılar ərazilərini genişləndirmək üçün yeni hücumlara başlayacağını bəyan edəndən sonra məhv olub.

------------------------------------------------------------------------------

Ukrayna müdafiə naziri deyir ki, Ukraynanın şərqində strateji şəhərdə dünəndən davam edən döyüşlər zamanı 15 əsgər həlak olub. Bundan basşqa regionda 12 mülki vətəndaşın öldüyü də bildirilir.

Stepan Poltorak deyib ki, bu gün hökumətin nəzarətində olan Debaltsev şəhərində Rusiyanın dəstəklədiyi separatçılarla şiddətli döyüşlər zamanı 30 əsgər yaralanıb. Şəhər separatçıların nəzarətində olan Luqansk və Donetsk regional mərkəzlərini birləşdirən dəmiryolu qovşağıdır.

Ötən gün Ukraynanın şərqində milli qoşunlar və ruspərəst separatçılar arasında döyüş zamanı azı 12 nəfər həlak olub.

Yerli rəsmilər bildirib ki, bu gün baş verən qarşıdurmada ölənlərin azı 7-si mülki vətəndaş olub.

Donetsk şəhərində də atışma baş verib, nəticədə 23 nəfər xəsarət alıb.

XS
SM
MD
LG