Accessibility links

Ukrayna Rusiya raketlərini, dronlarını vurub


Russia Ukraine
Russia Ukraine

Rusiyann Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:

  • Avstraliya Ukraynaya yeni 74 milyon dollarlıq hərbi yardım paketi göndərir. Yardım paketinə zirehli maşınlar, xüsusi əməliyyat maşınları və yük maşınları daxildir.
  • Britaniyanın müdafiə nazirliyi bildirir ki, müttəfiqlər 17 mindən çox ukraynalı əsgərə təlim keçib və bu qərəm 2024-cü ilədək 30 minə çata bilər.

Ukrayna ordusu bazar ertəsi bildirib ki, qüvvələri Rusiyanın Qara Dənizdən atdığı üç qanadlı raketdən ikisini, habelə Rusiyanın atdığı səkkiz İran istehsalı Şahed dronlarından yeddisini vurub.

Bu cür hava hücumları Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir hissəsinə çevrilib. Ukrayna rəsmiləri isə hava hücumundan müdafiə qüvvələrinin hücumlarının qarşısını almaq üçün gördükləri işi alqışlayırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra gündəlik müraciətində deyib ki, o, Patriot zenit-raket kompleksinin etibarlılığına görə Birləşmiş Ştatlara “xüsusi minnətdardır.”

Ağ Evin bəyanatına əsasən, Bayden ABŞ-ın Ukraynaya davamlı təhlükəsizlik, iqtisadi və humanitar dəstək vasitəsilə sarsılmaz dəstəyini bir daha vurğulayıb.

Zelenski həmçinin deyib ki, o, Baydenlə telefon danışığı, eləcə də bazar günü Kanada baş naziri Castin Trudo və Polşa prezidenti Andrsej Duda ilə bənzər danışıqları zamanı cəbhə xəttində döyüşləri və Ukrayna qoşunlarını gücləndirməyi müzakirə edib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar bazar ertəsi deyib ki, Ukrayna qüvvələri son həftə ərzində ölkənin şərq hissəsində bəzi irəliləyişlər əldə edib və Liman Baxut, Avdiivka və Maryinka ərazilərində döyüşlər gedir.

Maliar həmçinin deyib ki, “cənubda vəziyyət son bir həftədə əhəmiyyətli dəyişikliklər olmayıb,” ümumilikdə isə Ukrayna qüvvələri bu həftənin əvvəlində əks-hücuma başlayandan bəri 130 kvadrat kilometr ərazini azad edib.

Forum

XS
SM
MD
LG