Accessibility links

Ukrayna məhkəməsi mülki şəxslərə atəş açan iki rusiyalı əsgəri 11 ildən artıq müddətə həbsə məhkum edib


Ukrayna məhkəməsi ötən həftə Xarkiv vilayətində mülki hədəfləri Rusiya sərhədi tərəfdən atəşə tutmaqda təqsirli olduqlarını etiraf edən iki rusiyalı əsgəri çərşənbə axşamı 11 il 6 ay həbs cəzasına məhkum edib.

Aleksandr Bobikin və Aleksandr İvanov Ukraynanın şimal-şərqindəki Kotelva rayon məhkəməsində şüşə arxasında dayanaraq hökmü dinləyiblər.

"Bobikin və İvanovun günahı tam sübuta yetirilib" – deyə, hakim Evhen Bolıbok Ukrayna bayrağının qarşısında dayanaraq elan edib.

Prokurorlar Ukrayna rəsmilərininmüharibə cinayətləri ilə bağlı açdığı ikinci işdə rusiyalı əsgərlərə 12 il həbs cəzası istəyib. Müdafiə vəkilləri bildiriblər ki, onlar müqəssir olduqlarını etiraf edib, peşman olduqlarını və Rusiyanın Belqorod bölgəsindən hədəfləri “Qrad” raketləri ilə atəşə tutduqları zaman əmrə tabe olduqlarını iddia etdikləri üçün cəzaları səkkiz il olmalıdır.

Hökm çıxarıldıqdan sonra hər iki şəxsə hökmləri ədalətli hesab edib-etmədiklərini soruşulduqda onların hər ikisi buna "bəli" kimi cavab verib. Kalaşnikov avtomatı ilə silahlanmış mühafizəçilər daha sonra hər ikisinin qollarını qandallayıb məhkəmə zalından çıxarıblar.

Rusiya daxilindən ilkin atəş açdıqdan sonra artilleriya sürücüsü və topçu kimi təsvir edilən Bobikin və İvanov sərhədi keçdikdən və atəşi davam etdirdikdən sonra ələ keçirilib.

Ötən həftə bir rusiyalı əsgər silahsız mülki vətəndaşı öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Ukrayna Rusiyanı son üç ayda müharibə zamanı minlərlə hərbi cinayət törətməkdə ittiham etsə də, Moskva mülki şəxsləri hədəf aldığını inkar edir.

XS
SM
MD
LG