Accessibility links

Ukrayna Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasına çağırır


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Pakistanın xarici işlər naziri Bilaval Butto Zərdari. İslamabad, Pakistan. 20 iyul, 2023.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Pakistanın xarici işlər naziri Bilaval Butto Zərdari. İslamabad, Pakistan. 20 iyul, 2023.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba cümə axşamı Pakistana səfəri zamanı qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasına çağırıb.

Kuleba İslamabadda iki günlük rəsmi səfərinin açılışında pakistanlı həmkarı Bilaval Butto Zərdari ilə birlikdə müxbirlər qarşısında çıxış edib. O, iki ölkə 1993-cü ildə diplomatik əlaqələri qurandan bəri Pakistana səfər edən Ukraynanın ilk xarici işlər naziridir.

Qara Dəniz Taxıl Təşəbbüsü ötən il Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya tam-miqyaslı hərbi müdaxiləsindən sonra Ukrayna limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmaq üçün əldə olunan sövdələşmədir. Moskva bazar ertəsi əhaliləri üçün Ukrayna taxılından asılı olan bir çox ölkədə ərzaq çatışmazlığı və inflyasiyanı azaldan sövdələşmədən geri çəkildiyini elan edib. “Biz təəsüflənirik ki, Rusiyanın geri çəkilməsin səbəbilə ən çox Ukrayna, Asiya və Afrika ölkələri əziyyət çəkəcək. Bunu etməklə rusiya qlobal ərzaq təhlükəsixliyinə əhəmiyyətli dərəcədə xələl gətirib və biz artıq qiymətlərin artdığını görürük,” Kuleba deyib.

“Ona görə də qlobal ərzaq bazarına balansı qaytarmaq, qiymətləri nəzarət altına almaq və Ukraynaya ən çox ehtiyacı olan ölkələri taxılla təmin etməyə imkan vermək üçün mümkün olan hər şeyi etmək çox vacibdir.”

O deyib ki, Rusiya sövdələşmədən geri çəkiləndən sonra çərşənbə günü Ukrayna limanlarına raket ataraq, liman infrastrukturunu dağıdıb və ölkənin ixraclarını bərpa etməsini daha da çətinləşdirib.

Rusiya gəmilərə cümə axşamından etibarən Ukraynanın Qara Dəniz limanlarındəa getməmələri barədə xəbərdarlıq edib və onların potensial hərbi hədəf olaraq görüləcəklərini deyib.

Kuleba bildirib ki, Rusiya rəqibini qlobal bazarda məhv etmək kampaniyası aparır. “Onlar bir terminalda Çin üçün nəzərdə tutulan 60 min ton taxılı məhv ediblər.”

Ukraynanın baş diplomatı Pakistanı Ukraynaya taxılını qlobal bazara göndərməyə imkan vermək üçün bu mühüm razılığın bərpasına dəstəyini ifadə etməyə çağırıb və deyib ki, “ixrac üçün hazır olan dənli bitkilərin tam miqdarını quru dəhlizlərlə ixrac etmək mümkün deyil. Bu da o deməkdir ki, qiymətlər çatdırılma çatışmazlığı səbəbilə artacaq.”

Zərdari ukraynalı həmkarının bəyanatını dəstəkləyərək bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması inkişaf etməkdə olan ölkələrə, o cümlədən Pakistana mənfi təsir göstərir və onun bərpası ərzaq qiymətlərini cilovlamaq üçün mühümdür,” Pakistan naziri deyib. Zərdari həmçinin Pakistanın Ukraynanı hərbi təchizatlarla təmin etdiyinə dair mətbuatda yer xəbərləri əssassız adlandıraraq rədd edib.

“Biz müharibə başlayandan bəri Ukraynanı müdafiə təchizatları ilə təmin etmək barədə hər hansı qərarı yekunlaşdırmamışıq və bizim prinsipli, davamlı və bitərəf mövqeyimizi saxlamışıq,” Pakistanın xarici işlər naziri deyib.

Kuleba həmkarının söylədiklərini təsdiqləyərək, bildirib ki, Ukrayna ilə Pakistan arasında bu cür təchizatlarla bağlı “heç bir hökümətlərarası razılıqlar yoxdur.”

XS
SM
MD
LG