Bu gün Ukraynada 100 mindən artıq insan etiraz aksiyalarını davam etdirib. Ukraynalılar bir həftədən artıqdır hökumətin Avropa İttifaqı ilə ticarət razılığını imzalamaması qərarına etiraz olaraq, Kiyevdə aksiya keçirir. Nümayişçilər ölkə prezidentinin istefasını tələb edir.
Razılıq Litvanın paytaxtı Vilnüs sammitində imzalanmalı idi. Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın başçılığı ilə Belarus və Qazaxıstanın daxil olduğu Gömrük birliyi ilə bağlı müzakirələrə başlanacağını bildirib.
Ukrayna hazırda Moskvanın təzyiqləri altındadır. Rusiya Ukraynanın Avropa ilə yaxınlığını qəbul etməyərərk, Ukraynanın 1 milyard dollarlıq təbii qaz borcunun dərhal ödəməsini tələb edərək, qış fəslində qaz təminatının kəsiləcəyi ilə hədələyib.