Accessibility links

Ukrayna ordusu ölkənin şərq bölgəsində hücumları gücləndirib


Ukrayna mediasının bildirdiyinə görə, hökumət qüvvələri Rusiya tərəfdarı yaraqlıları cənub liman şəhəri Mariopolun hökumət binasından çıxarıb. Məlumatda deyili ki, üsyançılar bütün gecə Ukraynanın təhlükəsizlik qüvvələri ilə döyüşdükdən sonra, binanı bu gün səhər tezdən tərk edib.

Ukrayna ordusu bir neçə həftədir ölkənin şərqində 10-a qədər şəhər və kəndi nəzarətinə alan Rusiya tərəfdarlarına qarşı hücumlara başlayıb. Rusiya tərəfdarları qarşıdan gələn bazar günü referendum keçirərək, Ukraynadan ayrılıb Rusiya ilə birləşəcəklərinə and içiblər.

Mart ayında Krım yarımadasında keçirilən referendum Rusiyanın yarımadanı ilhaq etməsinə və hazırkı böhrana səbəb oldu.
XS
SM
MD
LG