NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı alyansın Ukrayna ordusuna hərbi yardım və təlimlərin koordinasiyası üzrə yeni komandanlığının sentyabrda fəaliyyətə başlayacağını bildirib.
Komandanlıq Almaniyada yerləşəcək, 700 nəfərlik heyətə üç ulduzlu general rəhbərlik edəcək.
NATO liderləri bu ayın əvvəlində keçirilən sammitdə Ukraynaya yardım səylərini daha yaxşı koordinasiya etmək və daha yaxşı proqnozlaşdırmaq səylərinə başlamaq barədə razılığa gəlib.
Stoltenberq Britaniyada 50-yə yaxın Avropa liderinin görüşündən əvvəl danışıb. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib və o, yeni təhlükəsizlik sazişləri imzalayacağını bildirib.
Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, keçən gecə ərzində Rusiyanın Ukraynanı hədəf alan 16 pilotsuz təyyarəsini və iki idarə olunan raketini vurub.
Ukrayna Hərbi Hava Qüvvələri uçuş aparatları və raketlərin Dnepropetrovsk, Xarkiv, Kyiv, Poltava və Zaporijye vilayətləri üzərində vurulduğunu bildirib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram kanalında bildirib ki, Rusiyanın hücumları nəticəsində 2 nəfər yaralanıb, 14 yaşayış binasına ziyan dəyib.
Kyiv şəhər administrasiyasının rəhbəri Serhiy Popkonun bildirdiyinə görə, hava hücumları təhlükəsi Kyivdə həyəcana səbəb olsa da, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın pilotsuz təyyarələrini əraziyə çatmamış vurub.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Ukraynaya məxsus 33 pilotsuz uçuş aparatı və 10 dəniz pilotsuz təyyarə məhv edilib.
Nazirlik Hərbi Dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələrın Rusiyanın işğalı altında olan Krım yarımadasına doğru getdiyini, pilotsuz təyyarələrin isə Krım və Bryansk üzərində vurulduğunu bildirib.
Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram kanalında ərazidə tələfat və dağıntının olmadığını yazıb.
Ukraynanın müdafiə naziri Rüstəm Umerov çərşənbə günü "Aspen Təhlükəsizlik Forumu"nda 500 min rus əsgərinin Ukraynanı mühasirəyə aldığını və Rusiyanın qarşıdan gələn aylar onlara 200 mindən 300 minə qədər əsgər əlavə etmək niyyətində olduğunu bildirib.
O, Kolorado ştatının Aspen şəhərində keçirilən illik toplantıda deyib ki, 2 ildir davam edən müharibədə indiyədək 550 min rus ölüb və ya yaralanıb. O, Rusiyanın Afrikadan da olmaqla, daha çox muzdlulara arxalandığını deyib.
Forum