Britaniyanın fövqəladə hallar xidmətləri bazar ertəsi İngiltərənin şimal-qərbindəki Soutport şəhərində azı səkkiz nəfərin bıçaqlanmasından sonra bir nəfərin həbs edildiyini bildirib. Yerli uşaq xəstəxanası bunu ciddi insident adlandırıb, Baş nazir isə bunun "dərindən sarsıdıcı" hadisə olduğunu deyib.
Şimal-Qərbin Təcili Yardım Xidməti və Alder Hey Uşaq Xəstəxanası da daxil olmaqla, bıçaq xəsarətləri alan səkkiz nəfərin üç müxtəlif xəstəxanaya aparıldığı bildirilib.
Mersisayd polisinin bildirdiyinə görə, silahlı polislər səhər saat 11:50 radələrində hadisə yerinə çağırıldıqdan sonra bir nəfəri həbs edib və ondakı bıçağı müsadirə edib. Onlar ictimaiyyət üçün böyük təhlükənin olmadığını bildirib.
Polis insanlardan ərazidən uzaq durmağı xahiş edib. Fotolarda yaşayış evlərinin olduğu küçədə bir neçə polis, təcili yardım və yanğınsöndürmə maşınlarını görmək olub.
Baş nazir Kyir Starmer əvvəllər Twitter olan X sosial media şəbəkəsində "Soutportdan dəhşətli və sarsıdıcı xəbərlər gəlib. Mən ruhən zərərçəkənlərləyəm" deyib.
Britaniyanın daxili işlər naziri Yvet Kuper X səhifəsində "ciddi insidentdən çox narahat olduğunu" yazıb.
Forum