Accessibility links

Boris Conson cərimələnəcək


Britaniyanın Baş naziri və Maliyyə naziri COVID-19 qapanmaları dövründə şənliklərdə iştirak etmək və ölkənin pandemiya qaydalarını pozmaqları səbəbindən cərimə ödəməli olacaq. Məlumatı aprelin 12-də Britaniya höküməti yayıb.

Baş nazir Boris Conson və maliyyə kansleri Rişi Sunak hər ikisi 10 nömrəli Dauninq küçəsində və Nazirlər Kabinetinin ofisində 12 nəfərdən ibarət şənlikdə iştirak etmələri səbəbindən istintaq altındadırlar.

"Bu gün paytaxt polisi Baş və maliyyə nazirlərinə ödənməli olacaqları cərimə haqqında bildirişlər vermək niyyətində olduğu barədə xəbərdarlıq göndərib" - deyə, hökumət nümayəndəsi bildirib.

Polis bundan əlavə 50-yə yaxın adamın yığıncaqlara görə cərimə və ya digər cəzalarla üzləşəcəyini deyib.

Keçən aylarda ortaya çıxan "Partygate" qalmaqalı səbəbindən siyasi müxalifət Consonun istefasını tələb edib. Conson isə öz növbəsində baş verənlərə görə üzr istəyib və bunun işin bir hissəsi olduğunu düşündüyünü deyib.

BBC tərəfindən yayımlanan fotoşəkildə 2020-ci ilin may ayında Conson və digərlərinin Dauninq küçəsinin bağçasında toplaşaraq şərab içdikləri görünür. O vaxt ölkə vətəndaşlarına səbəbsiz olaraq evlərini tərk etməyə icazə verilmirdi, eləcə də açıq havada toplantılar məhdudlaşdırılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG