ABŞ Nəqliyyat Komandanı general Uilyam Freyzer oktyabrın 18-19-da Azərbaycanda səfərdə olub.
Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfərin məqsədi ABŞ və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi olub.
General Freyzer Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb, Bakı hava limanı və Bakı dəniz limanı vasitəsi ilə yük daşımaları sahəsindəki gələcək təşəbbüsləri müzakirə edib.
General Freyzer Azərbaycanın dövlət rəsmiləri ilə də görüşlər keçirib, Heydər Əliyev adına hava limanındakı yükdaşımalar üzrə əməliyyatlar və avadanlıqların vəziyyəti ilə tanış olub.