Accessibility links

Bono Kyiv metrosunda “Azadlıq” konserti verib


İrlandiyalı müğənni, bəstəkar, aktivist və U2 rok qrupunun solisti Bono (Pol Devid Hyuson) Ukrayna paytaxtı Kyivin mərkəzində bomba sığınacağına çevrilmiş metro stansiyasında çıxış edir, 8 may 2022-ci il.
İrlandiyalı müğənni, bəstəkar, aktivist və U2 rok qrupunun solisti Bono (Pol Devid Hyuson) Ukrayna paytaxtı Kyivin mərkəzində bomba sığınacağına çevrilmiş metro stansiyasında çıxış edir, 8 may 2022-ci il.

U2 rok qrupunun solisti Bono və qrupun üzvü The Edge bazar günü Ukrayna paytaxtı Kyivdə metro stansiyasında 40 dəqiqəlik konsert verib və ukraynalıların azadlıq uğrunda mübarizəsini yüksək qiymətləndiriblər.

“Sizin prezidentiniz hazırda azadlıq uğrunda mübarizədə dünyada liderlik edir... Ukrayna xalqı təkcə sizin öz azadlığınız üçün mübarizə aparmır, siz azadlığı sevən hamımız üçün mübarizə aparırsınız”, Bono Ukrayna prezidenti Volodimir Zelenskini nəzərdə tutaraq, Xreşçatık metro stansiyasına toplaşan 100 nəfərdən ibarət izdiham qarşısında deyib.

Ukraynaya hərbi müdaxiləni “xüsusi hərbi əməliyyat” adlandıran Rusiya Ukrayna ərazisində raket zərbələri endirməkdə davam edir. Bununla belə, hava hücumu sirenlərinin müntəzəm olaraq səslənməsinə baxmayaraq, Kyivdə həyatın bir qədər normal məcraya qayıtdığını söyləmək mümkündür.

“Bu axşam mayın 8-i Ukrayna səmasında atəş səsləri eşidəcək, amma siz nəhayət azad olacaqsınız. Onlar sizin həyatlarınızı ala bilər, lakin qürurunuzu heç vaxt ala bilməzlər”, Bono deyib.

XS
SM
MD
LG