Accessibility links

Tələbə tələbi cinayət deyil


Tələbə tələbi cinayət deyil
please wait

No media source currently available

0:00 0:03:25 0:00

İyunun 2-də ictimai fəal Gülnarə Mehdiyeva Təhsil Nazirliyi qarşısında təkbaşına aksiya keçirib. Gülnarə Mehdiyeva bir gün əvvəl nazirliyin qarşısında aksiya keçirən tələbələrin saxlanılmasına etirazını bildirib. O deyib ki, Təhsil Nazirliyinin tələbələrin aksiyasından qorxması və tələbələri polisə təslim etmələri rəzalətdir. Gülnara Mehdiyeva 15 sutka inzibati cəza alan Rüstəm İsmayılbəylinin həbsini absurd sayıb. Polis əməkdaşları jurnalistlərin Gülnarə Mehdiyevaya yaxınlaşmasına etirazlarını bildiriblər. Aksiyaçı məsafəli dayandığını bildirib. Ardınca polis əməkdaşları yaxınlaşaraq aksiyanı ictimailəşdirən jurnalistləri ərazidən uzaqlaşdırıblar və onları karantin qaydalarını pozmaqda ittiham ediblər. Bundan sonra Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və jurnalist Nərgiz Absalamovanı polis maşınında aparıblar. Onlar 18-ci polis bölməsində saxlanılıblar, izahat alınandan sonra sərbəst buraxılıblar.

XS
SM
MD
LG