Accessibility links

Tədqiqatçılar koronavirusa qarşı burun spreyi vaksini üzərində sınaqlara başlayıblar


Avstraliyada tədqiqatçılar COVID-19-a qarşı yeni tip vaksinin kliniki sınaqlarına başlayırlar. Brisbenin Nucleus Network təşkilatının alimləri bu yeni müalicə üsulunun virusa qarşı AstraZeneca və Pfizer-dən daha effektiv ola biləcəyinə və iynələrdən qorxan pasientlərin peyvənd olunmasına imkan yaradacığına inanır.

Razılaşdırılmış ictimai sağlamlıq kampaniyalarına baxmayaraq, Avstraliyada vaksinasiya proqramı digər ölkələrdəki vaksiyaniya kampaniyaları ilə müqayisədə daha ləng olub. Ölkədə tədarük problemi, hökumət tərəfindən yanlış planlaşdırma ilə bağlı şikayətlər və ölkədə koronavirusa yoluxmaların az olması səbəbilə cəmiyyət arasında tərəddüd mövcuddur.

Avstraliya vaksiyasiya proqramını sürətləndirib. Gələcəkdə vaksinlər daha rahat şəkildə - virus bədənə daxil olduğu an ona hücum etməyi nəzərdə tutan burun spreyi formasında tətbiq oluna bilər.

Burun spreyi müalicəsinin sınaqlarına başlayan tədqiqat təşkilatının Nucleus Network-un tibbi direktoru Dr. Pol Qriffin deyib ki, digər vaksinlər daha çox COVID-19-un kəskin simptomlarına qarşı qorusa da, bu vaksin yoluxma riskini azaltmaq məqsədi daşıyır.

“Əsas faydası odur ki, vaksini patogen və ya virusun bədənə daxil olduğu yolla verəndə, ümid edirik ki, o, daha ustaca bir şəkildə virusun bədənə daxil olmasının qarşısını alacaq,” o deyib.

Müstəqil etika komitəsi Avstraliyadakı sınağı təsdiq edib. Tədqiqatçılar deyir ki, burun spreyi bir və ya iki il sonra hazır ola bilər.

Hazırda Avtraliyada AstraZeneca və Pfizer vaksinləri istifadə üçün təsdiq olunub. Bu həftə səhiyyə rəsmiləri deyib ki, AstraZeneca vaksini yalnız 60 yaşdan yuxarı insanlar üçün tövsiyyə olunacaq, çünki ölkənin vaksin eskpertləri onlara nadir rast gəlinən qan laxtalanması riski ilə bağlı tövsiyyələr irəli sürüb.

Hökumət istəyən hər bir avstraliyalıya 2021-ci ilin sonunadək vaksin tətbiq etməyi planlaşdırır. Avstraliyada koronavirusa təxminən 30 000 yoluxma halı qeydə alınıb. 900-dən çox insan həyatını itirib.

XS
SM
MD
LG