Accessibility links

Təbrizdə yarım milyon insan gecəqondularda yaşayır


Təbriz meri şəhərdə təxminən 500,000 insanın gecəqondularda məskunlaşdığını bildirib.

Tasnim Xəbər agentliyinin məlumatına əsasən, Behruz Məhdəvi Təbrizin şəhər şurasının iclasında deyib ki, gecəqondu evlərin Təbrizdə çoxalması keçmişdə yaşıl sahə üçün nəzərdə tutulan ərazidə qanunsuz şəkildə ev tikilməsi nəticəsində meydana çıxıb.

Əgər tikintilərin qarşısı alınsaydı, yaşıl sahə üçün nəzərdə tutulan ərazidə mənzil və sosial böhranlar yaranmazdı.


"Təbrizdəki şəhər ətrafındakı ərazilərdə mənzillərin tikilməsinin vaxtında qarşısı alınsaydı, bu gün yaşıl sahə olaraq istifadə edilməsi nəzərdə tutulan ərazidə uyğun olmayan mənzil və sosial böhranlar yaranmazdı,” mer bildirib.

Bəzi hallarda Məhdəvi bu halın insanların mərhəmət hissindən qaynaqlandığını da deyib.

"Torpaq sürüşməsi təhlikəsi olan bölgədə 6 mərtəbəli ev tikməyə icazə verilir. Bununla yanaşı hər hansı bir yer sürüşməsi təhlükəsinə qarşı da tədbirlər görülmür," o, əlavə edib.

Təbrizin millət vəkili Şahabəddin Bimiqdar həmin iclasda bildirib ki, dövlət iş yerləri yaratmaqda acizdir və bir çox problemlə qarşı-qarşıyadır.

Şahabəddin Bimiqdar, Millət Vəkili (Təbriz)
Şahabəddin Bimiqdar, Millət Vəkili (Təbriz)

Bimiqdar vəzifəli şəxslərin hər ay bu məhəllələrə gedib əhalinin problemlərini dinləməkləri gərəkdiyini qeyd edib:

"Bu məhəllələrdə insanlar həqiqətən ağır şəraitdə yaşayır və bu bölgələrə xüsusi diqqət yetirmək lazımdır. Yalnız xüsusi vaxtlarında deyil, daimi şəkildə nəzarət edib problemlərin həllinə çalışmaq lazımdır."

Təbriz əhalisinin sayı təqribən 2 milyondur.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG