Accessibility links

Təbriz meri koronavirusa yoluxub, Şərqi Azərbaycanda ölənlərin sayı 266-ya çatıb


Bazar ertəsi səhər açıqlanan rəsmi məlumata görə, İranın Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxanların sayı 2859, ölənlərin sayı isə 266 nəfərə çatıb.

Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi bu barədə mətbuata məlumat verib.

Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri ötən günlərdə İranda koronavirusun ən sürətli şəkildə yayıldığı bir neçə vilayət arasında yer alıb.

İLNA xəbər agentliyinin xəbərinə görə, Təbrizin bələdiyyə başqanı İrəc Şəhin-baher də virusa yoluxanlar arasındadır. Şəhin-bayer şənbə günü koronavirus testinin müsbət çıxdığını bildirib.

Təbriz bələdiyyə başqanı İrəc Şəhin-baherin evində karantində qaldığı bildirilib.
Təbriz bələdiyyə başqanı İrəc Şəhin-baherin evində karantində qaldığı bildirilib.

İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi İranda koronavirusa yeni yoluxmaların azalmağa başladığını irəli sürüb. Lakin Dr. Somi Şərqi Azərbaycanda yoluxmanın pik həddinə çatmadığını və yeni yoluxanların sayının getdikcə artdığını ifadə edib.

XS
SM
MD
LG