Accessibility links

Təbriz millət vəkili: İranda koronavirusa yoluxma hallarına dair məlumat həqiqəti əks etdirmir


Təbriz millət vəkili və İran parlamentinin sədrinin müavini Məsud Pezeşkiyan öllkədə koronavirusa yoluxma hallarının sayının gerçək olmadığını deyib və bunu yoluxan şəxslərdə simptomların müşahidə olunmadığı ilə izah edib.

Ensafnews xəbər saytına müsahibə verən Pezeşkiyan deyib ki, "xəstələrin bir çoxunda koronavirus simptom müşahidə edilməyib. 95 nəfərdən ikisi öldüyü halda biz 100 nəfərdən ikisinin öldüyünü elan edirik. Ancaq bəlkə 10 min nəfər yoluxmuş şəxs içindən ikisi ölüb."

Rəsmi dövlət statistikasına görə, İranda 2336 nəfər virusa yoluxub, 77 nəfər isə həyatını itirib.

İranın sabiq prezidenti Məhəmməd Xatəmi kabinetində səhiyyə naziri olmuş Pezeşkiyan İranda koronavirusun yayılmasının qarşısını almaq üçün silahlı qüvvələrin səfərbr edilməsinin vacibliyini vurğulayıb. O, ilk gündən Qum şəhərinin karantinə alınmalı və 20 gün idarələrin işini dayandırmalı olduğunu bildirib və dövlətin ləng tərpənməsini tənqid edib.

"Xəstəxanalarda artıq yer yoxdur; vəziyyət gündən-günə pisləşir. Əgər çox ciddi və hərbi vəziyyət şəklində tədbirlər alınmasa, iqtisadiyyat və digər sahələrə ciddi ziyan dəyəcək. Bu, zarafat deyil" - deyə, deputat əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG