Accessibility links

Türkiyədə koronavirusdan ölənlərin sayı 37-ə çatıb


Türkiyədə çərşənbə axşamı koronavirusdan ölənlərin sayı 37-ə yüksəldikdən sonra xəstəliyin yayılması ilə mübarizə tədbirlərinə əlavələr edilib. Ərzaq mağazalarının fəaliyyət saatına, müştərilər və avtobus sərnişinlərinin sayına məhdudiyyətlər qoyulub.

Ankarada artıq məktəblər, kafelər və barlar bağlanıb. Kütləvi namazlar və idman liqalarının matçları qeyri-müəyyən müddətə təxirə salınıb. Eyni zamanda virusun yayılmasının qarşısının alınması səyləri davam etdiyi zaman bir çox ölkəyə uçuşlar dayandırılıb.

Səhiyyə naziri Fəxrəddin Qoca son bir gecədə qeydə alınan ölüm sayını açıqlayıb. O həmçinin bildirib ki, son 24 saatda 3, 672 insana koronavirus testi edilib və onlardan 293 nəfərdə yoluxma halı qeydə alınıb. Türkiyədə cəmi 24,000 insana koronavirus testi edilib. Son məlumatlara görə, xəstələnənlərin sayı 1529-dur.

Daxili İşlər Nazirliyi ərzaq mağazalarının və supermarketlərin iş saatının səhər saat 9-dan axşam 6-ya qədər məhdudlaşdırılacağını və hər 10 kvadratmetr üçün maksimum bir müştərinin qəbul edilə biləcəyini söyləyib.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, şəhərdaxili və şəhərlərarası avtobusların tutumunun 50% -dən çox olmasına icazə verilməyəcək.

Bundan əlavə, Türk Rəqabət Heyəti fürsətdən istifadə edərək meyvə və tərəvəz məhsullarının qiymətini həddindən artıq artırmağa çalışanlara qarşı sərt cəza tədbirləri tətbiq ediləcəyini bildirib.

XS
SM
MD
LG