Bu gün Türkiyədə baş verən zəlzələ 226 nəfərin yaralanmasına, 1 nəfərin isə ürək tutması nəticəsində həyatını itirməsinə səbəb olub.
Çanaqqalada 86 yaralı xəstəxanaya yerləşdirilib. 5 nəfər zəlzələ zamanı özünü binadan ataraq xəsarət alıb.
Həyəcandan ürək tutması nəticəsində ölüm faktı isə Tekirdağdada qeydə alınıb. Tekirdağda bir məscidin minarəsi dağılıb.
Bu gün saat 14:26 radələrində Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub. Daha sonra maksimum 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl təkan qeydə alınıb. Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədirnə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar əmələ gəlib.