Accessibility links

Kürdlər Suriyanın şimalını tərk edən ABŞ əsgərlərinə kartof atıb, təhqirlər yağdırıb


Kürdlər Suriyanın şimalını tərk edən ABŞ əsgərlərinə kartof atıb, təhqirlər yağdırıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Kürdlər Suriyanın şimalını tərk edən ABŞ əsgərlərinə kartof atıb, təhqirlər yağdırıb

ABŞ hərbi qüvvələri Prezident Donald Trampın Türkiyənin Suriyaya hücumundan əvvəl ordunu geri çəkmək planının bir hissəsi olaraq, bazar ertəsi Suriyanın şimal-şərqindən İraqa keçməyə başlayıb. Bəzi təhlilçilər ABŞ-ın Suriyanın bəzi bölgələrindən geri çəkilməsinin yaranmış boşluqda Rusiya kimi ölkələr üçün imkan yaratdığını deyir.

ABŞ qoşunlarının bir hissəsi Suriyanın şimalından İraqa keçərkən kürdlər onlara kartof atıb və təhqirlər yağdırıb. Bəziləri "Get, Amerika yalançısı!" deyə qışqırıb.

Donald Tramp Ağ Evdə əsgərlərin çıxarılmasını müdafiə edib. Həm Demoktarlar, həm də Respublikaçılar bu addımı Birləşmiş Ştatların üzün müddətdir müttəfiqi olan kürdləri tərk edərək, türklərin onları qırmasına imkan verdiyi üçün tənqid edib. “Biz kürdlərlə işləyirik, kürdlərlə münasibətimiz yaxşıdır, amma biz kürdləri qorumağa söz verməmişik" deyə, Tramp bildirib.

Biz kürdlərlə birlikdə 3-4 il döyüşmüşük, amma biz heç vaxt onları ömrü boyu qoruyacağımıza söz verməmişik

Konqresin bir çox üzvü Birləşmiş Ştatların Suriyadan gözlənilmədən çıxmasının Amerikanın bir müttəfiq kimi etibarına zərbə vurduğunu deyir. Təhlilçilər də bu fikirlə razıdır. Brayan Katulis: "Səudiyyə Ərəbistanından tutmuş İsrailə, İordaniyaya qədər bölgədə bir çoxları ABŞ-ın İslam Dövlətini hərbi cəhətdən məğlub etmək üçün cəbhə bölgəsində döyüşən kürdlərə münasibətdə hərəkətlərini yaxından izləyir və bundan böyük bir nəticə çıxarıraraq deyır: "Baxın, Amerika bəlkə də bundan sonra etibar edə bilməcəyimiz bir ölkədir".

Digərləri isə Birləşmiş Ştatların geri çəkilməsindən Rusiyanın faydalandığını deyir. Strateyiya və Beynəlxalq Araşdırmalar Mərkəzindən Bülənt Əlirza: “ABŞ qoşunlarını çıxararsa və Yaxın Şərqdəki nüfuzunu azaldarsa, şübhəsiz ki, kimsə bundan istifadə edəcək. Bu, ilk növbədə xarici siyasəti yenidən bərpa edən Rusiya və xüsusilə də Yaxın Şərqdə nüfuzunu artırmaq istəyən Putin olacaq.”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı atılacaq növbəti addımları müzakirə etmək üçün çərşənbə günü Soçidə Rusiya prezidenti Putinlə görüşüb.

Türkiyə və Rusiya son aylar yaxından əməkdaşlıq edir. Türkiyənin iyul ayında Rusiyanın S-400 raket sistemini alması Vaşinqton tərəfindən qəzəblə qarşılanıb və Birləşmiş Ştatların Ankaraya qarşı sanksiyaları perspektivini artırıb.

XS
SM
MD
LG