Accessibility links

CHP: İstanbulda nəticələr ləğv edilirsə, Ərdoğanın da mandatı ləğv edilməlidir


Türkiyənin aparıcı müxalifət partiyalarından biri olan Cümhuriyyət Xalq Partiyası (CHP) çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanın mandatının ləğv edilməsi haqda rəsmən müraciət etdiyini bildirib. Belə ki, CHP Ədalət və İnkişaf Partiyasının (AKP) 31 mart bələdiyyə seçkilərində iddia etdiyi pozuntuların keçən il ümummilli seçkilərdə baş verdiyini iddia edir.

Cümhuriyyət Xalq Partiyası bu gün həmçinin bildirib ki, İstanbul meri vəzifəsinə seçkilərin nəticələri ləğv edilərsə, eyni vaxtda, eyni zərflərdə İstanbul rəsmiləri və şuralarına verilmiş səslər də ləğv edilməlidir. AKP şuralarda əksəriyyət qazanmışdı.

AKP və onun Milliyyətçi Hərəkət Partiyasından (MHP) olan müttəfiqlərinin apellyasiya ilə bağlı həftələrlə etdiyi müraciətlərdən sonra Türkiyənin Ali Seçki Şurası bazar ertəsi az səslə İstanbul bələdiyyəsinə CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbə çaldığı seçkilərin yenidən keçirilməsinə dair qərar verib.

AKP özünün islamçı sələfləri ilə son 25 ildə ilk dəfə olaraq Türkiyənin 4 milyard dollarlıq büdcəyə malik ən böyük şəhəri olan İstanbula nəzarəti itirdi. Ərdoğan özünün siyasi karyerasına vaxtilə İstanbul meri olarkən başlamışdı.

Əgər Əkrəm İmamoğlunun mandatını ləğv edirsinizsə, o zaman eyni qanunlar, eyni qaydalar, eyni seçki məntəqələri və şərtlər olduğu üçün prezident Ərdoğanın da mandatını ləğv etməlisiniz

Ali Seçki Şurası seçki dairələrinə təyinatlar zamanı pozuntular olduğunu bildirib. Ərdoğanın partiyası isə dövlət məmuru olmayan şəxslərin səsvermə məntəqələrinə təyin edilməsinin mütəşəkkil cinayətkarlıq olduğunu bəyan edib.

Bununla belə, Ali Seçki Şurası rayon inzibati dairə rəhbərləri, bələdiyyə şurası və yerli rəsmilərin seçilməsi ilə bağlı nəticələri ləğv etməyib. CHP bunu bütün səslərin bir zərfdə verildiyi və məntəqələrdə eyni səsvermə rəsmiləri tərəfindən hesablandığına görə mənasız addım adlandırıb.

“Əgər Əkrəm İmamoğlunun mandatını ləğv edirsinizsə, o zaman eyni qanunlar, eyni qaydalar, eyni seçki məntəqələri və şərtlər olduğu üçün prezident Ərdoğanın da mandatını ləğv etməlisiniz," CHP sədrinin müavini Məhərrəm Erkək müxbirlərə bildirib.

Ərdoğan çərşənbə axşamı seçkilərin "mütəşəkkil pozuntularla" müşayiət edildiyini bildirib və Ali Seçki Şurasının qərarının demokratiyanın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu deyib.

XS
SM
MD
LG