Accessibility links

Türkiyə YPG döyüşçülərini Fərat çayının şərqindən çıxarmaq istəyir


Türkiyə Suriya Demokratik Qüvvələrinin dəstəkçisi olan kürd Xalq Qoruma Birliklərini bütöv Fərat ərazisindən təmizləməyə çalışacaq. Baş nazir müavini Bekir Bozdağın sözlərinə görə, onlar Mənbicdə olduğu kimi bu məsələni də siyasi yolla həll etmək istəyir.

Bozkurt bu sözləri çərşənbə günü, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi May Pompeo arasında Suriyanın Mənbic şəhəri ilə bağlı “yol xəritəsi” razılığı əldə olunandan iki gün sonra Habertürk qəzetinə bildirib.

Yaxın Şərq İnstitutunun alimi və ABŞ-ın Türkiyədəki sabiq səfiri Robert Pearson Amerikanın Səsinə deyib ki, “yol xəritəsi” prosesin başlangıcıdır və iki ölkə arasında gələcək əməkdaşlığın təməlini qoyur.

Mümkün əməkdaşlıq

“ABŞ Fəratın şərqində maraqlarını qoruyacaq, amma mən inanıram ki, biz Suriya-Türkiyə sərhədindən təhlükəsziliyi artırmaq üçün Türkiyə ilə əməkdaşlıq edə bilərik,” Pearson deyib.

ABŞ dövlət Departamenti bazar ertəsi günü ABŞ-Türkiyə münasibtələri ilə bağlı qısa bəyanat yayıb. Bəyanatda əsas Mənbicdə təhlükəsizlik və sabitliyin təmin olunması üçün “yol xəritəsi”nin vacibliyi vurğulanıb.

Türkiyə razılıqla bağlı rəsmi açıqlama verilmədən öncə razılıqla bağlı öz hesabatını yayıb.

Türkiyənin dövlətə məxsus Anadolu Xəbər Agentliyi ötən həftə yol xəritəsinin üç mərhələdən ibarət olduğunu bildirmişdi. Buna YPG qoşunlarının Fərat çayının qərb sahilindən çıxarılması, ABŞ ilə Türkiyənin birgə təftiş missiyası və iyunun 4-dən sonra 60 gün ərzində yerli hökümətin formalaşdırılması daxildir.

Ankara YPG-ni ABŞ və Avrropa ittifaqının da terror təşkilatı hesap etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qolu olaraq görür.

Maraqların balanslaşdırılması

Son illərdə ABŞ ilə Türkiyə arasındaki münasibətlərdə bir çox problemlə yaşanıb. Regionda, xüsusilə də Suriyadakı iğtişaşlar, müxtəlif ölkələrin regionda artan nüfuzu, kürd YPG-nin artan təsiri səbəbilə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları artıb.

Yaxın Şərq İnstitutunun ekstremizm və ekstremizmə qarşı mübarizə proqramının direktoru Çarls Lister regiondakı strateji münasibətlə bağlı deyib ki, İslam Dövləti qrupuna qarşı mübarizə artıq sonuna yaxınlaşdığı üçün, Birləşmiş Ştatlar və Türkiyə gərgin münasibətlərinin bərpasının daha mühim olduğuna inanır.

Mənbicin İdarə Şurası çərşənbə günü şəhərdə baş verən son irəliləyişlərlə bağlı bəyanat yayıb. Onlar bildirib ki, şura şəhəri İŞİD-dən azad etmək üçün YPG və ABŞ-ın başçılıq etdiyi koalisiyadan yardım istəyib. YPG döyüşçülərinin çoxu azad olunandan sonra şəhəri tərk edib. Yerli döyüşçülərə hərbi təlim keçmək üçün isə hərbi müşavirlər şəhərdə qalıb.

Mənbicin idarə olunması

Bəzi ekspertlər inanır ki, Mənbicin idarəsində əldə olunan uğur Fəratın şərqindəki ərazilərdə gələcək saziş və siyasi razılıqların müvəffəqiyyətini müəyyən edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert çərşənbə axşamı günü verdiyi qısa bəyanatda Birləşmiş Ştatlar və Türkiyə hökümətlərinin Mənbicdə sabitlik və özünü-idarə sistemi yaratmaq üzərində razılıq əldə etdiyini bildirib. “Biz inanırıq ki, bu razılıq bütün tərəflər üçün məqbul olacaq, ən əsası isə Mənbic xalqını əhatə edəcək,” o deyib.

Mənbic Hərbi Şurasının sözcüsü Şərfan Dərviş Amerikanın Səsinə koalisiya ilə şura arasında danışıqlar aparıldığını, amma onların iki NATO müttəfiqi arasında əldə olunan razılıqla bağlı əlavə məlumat almadıqlarını deyib.

“Mənbic yerli sakinlər tərəfindən idarə olunur, şəhərin oğulları və qızları isə Mənbic şurasının qolları altında işləyir,” Dərviş deyib.

XS
SM
MD
LG