Accessibility links

Türkiyə ordusu Suriyanın şimalına hücumları davam etdirir


Türkiyə Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin quru qüvvələri cümə axşamı Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı hücumları intensivləşdirib. Suriyanın sərhəddəki kənd və qəsəbələrinə havadan zərbələr endirilib, artilleriyadan mərmilər yağdırılıb.

Artıq ikinci gündür Türkiyənin Suriyanın şimalına etdiyi hücumlar dünya boyu geniş qınağa səbəb olub. Sərhəd bölgələrinin sakinləri çərşənbə günü piyada, avtomobillər və rikşalarla bölgəni tərk etməyə çalışıb.

Bu qorxunc ssenari bir neçə il əvvəl bu bölgədə İslam Dövləti qrupunun dəhşətlərindən qaçan şəhər və kənd sakinlərinə tanışdır.

Kürdlərin başçılıq etdiyi qrup və suriyalı fəallar ağır döyüşlərə baxmayaraq, Türkiyə ordusunun bir o qədər də irəliləyiş əldə etmədiyini bildirib. Lakin onların iddiaları müstəqil olaraq təsdiqlənməyib və döyüşlərin getdiyi ərazilərdə vəziyyəti qiymətləndirmək çətin olub.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında hücumlar barədə ətraflı məlumat verilməsə də, ordunun fəaliyyərdə olan videosu paylaşılıb. Nazirlik hücumlar başlayandan bəri Türkiyə təyyarələri və artilleriyasının Fərat çayının şərqindən Suriyadakı 181 hədəfi nişan aldığını bildirib.

ABŞ prezidenti Donald Tramp tvit edərək yazıb ki, Türkiyə kürdlərə qarşı hücumu uzun zamandır planlaşdırırdı.

"Onlar daim müharibədə olacaq. Bizim hücum bölgəsində nə əsgərimiz, nə də ordumuz var. Mən "sonsuz" müharibəyə son qoymaq istəyirəm" - deyə, ABŞ dövlət başçısı bildirib.

Prezident həm də Türkiyəyə xəbərdarlıq edib ki, "qanunlar çərçivəsində hərəkət etməsə, sanksiyaların ciddi zərbəsi ilə üzləşəcək.

Bu arada, BMT-nin Təhlükəsizlik Şurasında Türkiyənin hücumuna dair növbədənkənar toplantı keçirilir.

BMT-nin baş katibi Antonio Quterriş deyib ki, onu Suriya münaqişəsinin eskalasiyası narahat edir.

Kopenhaqendə müxbirlərlə danışan baş katib bütün hərbi əməliyyatların BMT-nin xartiyaları çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG