Accessibility links

Osman Kavala azad edildikdən bir neçə saat sonra yenidən həbs edilib


Dövlət mediasının bildirdiyinə görə, 2013-cü ildəki etiraz nümayişlərində iştirak etdiyi üçün həbs edilən türkiyəli iş adamı və xeyriyyəçi Osman Kavala çərşənbə günü bəraət aldıqdan bir neçə saat sonra yenidən həbs edilərək, İstanbulun Baş Polis İdarəsinə aparılıb.

Türkiyənin o zamankı baş naziri, hazırkı prezidenti Rəcəp Tayyib Ərdoğanın böyük narahatlıqlarına səbəb olan `Gezi Parkı` etirazları və Kavalanın digər 8 nəfərlə birlikdə bəraəti sürpriz oldu. Qərb müttəfiqləri tərəfindən tənqid olunan məhkəmə Türkiyədə ədalətin sınağı kimi qiymətləndirildi.

Kavalanın 2016-cı ildəki çevriliş cəhdində əli olduğu ittihamı ilə yenidən həbs edilməsi öz növbəsində onun məhkəmə işini izləyən xarici müşahidəçilərin, müxalif millət vəkillərinin və hüquq müdafiəçilərinin heyrət və məyusluqlarına səbəb olub.

"Prokuror atdığı hansısa addımdan geri çəkilirsə, Türkiyədə yaxşılığa doğru hansısa dəyişikliyin olduğuna inanmaq mümkün deyil. Yenidən geri, qaranlığa" - deyə, Avropa Parlamentinin Türkiyə üzrə müzakirəçisi Naço Sançes Amor Tvitter səhifəsində bildirib.

Human Rights Watch-un Türkiyə şöbəsinin direktoru Emma Sinkler Vebb Avropa İnsan Haqları Məhkəməsinin dekabr ayında dərhal azad edilməsini tələb edən qərarına məhəl qoyulmadığını deyərək, Kavalanın həbs qərarını "qanunsuz və intiqam" olduğunu deyib.

Anadolu xəbər agentliyi Kavala İstanbulun qərbindəki Silivri bölgəsindəki böyük həbsxanadan sərbəst buraxıldıqdan dərhal sonra polis tərəfindən yenidən həbs edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG