Accessibility links

Türkiyə məhkəməsi 2016-cı il çevriliş cəhdi ilə əlaqədar onlarla şəxsə ömürlük həbs cəzası verib


Türkiyənin dövlət mediası Türkiyə məhkəməsinin prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə qarşı 2016-cı ildə çevriliş cəhdində iştirak etdikləri üçün prezident qvardiyasına bağlı keçmiş əsgərlər də daxil olmaqla, onlarla insana ömürlük həbs cəzası verdiyi haqda məlumat verib.

Anadolu xəbər agentliyi məhkəmə mənbələrinə istinad edərək, azı 30 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə imkanı olmadan cəza çəkməli olacaq “ağırlaşdırılmış ömürlük həbs” cəzası almış 6 nəfər də daxil olmaqla, 32 nəfərə ömürlük həbs cəzası verildiyi haqda məlumat yayıb.

Ankaradakı hərbi qərargahı ələ keçirməyə, dövlət televiziyası olan TRT-nin qərargahını işğal etməyə və televiziya yayımçısını çevriliş edənlər adından açıqlama oxumağa məcbur etdiyinə görə 2017-ci ildən bəri 497 müttəhim mühakimə olunub.

Kütləvi məhkəmə prosesi Ankaranın uğursuz cəhdi təşkil etməkdə günahlandırdığı ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi şəbəkənin şübhəli üzvlərinə qarşı aparılan yüzlərlə məhkəmə prosesindən biri idi. Ərdoğanın keçmiş müttəfiqi olan Gülən ittihamı rədd edir.

Bu məhkəmə qərarları Türkiyə ordusundakı qrupların Ərdoğanı devirmək üçün tanklar, döyüş təyyarələri və vertolyotlar istifadə etdikləri 2016-cı il iyul çevrilişinə cəhdlə bağlıdır.

Qırıcı təyyarələr parlamenti və Türkiyənin paytaxtındakı digər yerləri bombalamışdı. Prezidentin çağırışına cavab verən minlərlə insan çevrilişi dayandırmaq üçün küçələrə axışmışdı.

Ümumilikdə 251 nəfər ölmüş, 2200 nəfər yaralanmışdı. Təxminən 35 çevriliş təşəbbüskarı öldürülmüşdü.

Hökumət Gülənin şəbəkəsini terror qrupu olaraq tanıyıb. Gülən bu iddianı rədd edbi. Din xadimi ABŞ-ın şimal-şərqindəki Pennsilvaniya ştatında yaşayır.

XS
SM
MD
LG