Accessibility links

Türkiyə məhkəməsi Osman Kavalanı həbsdə saxlamaqda davam edir


2013-cü ildəki Türkiyədəki etirazlarda iştirakına görə həbs edilən və məhkəmə işi yenidən bərpa olunan iş adamı və xeyriyyəçi Osman Kavalanın vəkilləri hakimlərə etiraz olaraq çərşənbə axşamı məhkəmə salonunu tərk edib.

Osman Kavala Türkiyənin ozamankı baş naziri, hazırkı prezidenti Rəcəp Tayyib Ərdoğana qarşı etiraz aksiyalarını maliyyələşdirərək, hökuməti devirmək cəhdi ittihamı ilə üzləşib.

O zaman etirazlar İstanbulun Gezi Parkında başlamış və ölkə boyu yayılmışdı.

Kavala və digər müttəhimlərin vəkilləri məhkəmədəki üç hakimdən vəkillər və ya müttəhimlərin iştirakı olmadan əlavə şahidlərin dinlənilməsinə görə geri çəkilmələrini tələb edir.

Məhkəmə tələbi rədd edib və 50-yə yaxın müdafiəçinin məhkəmə iclasından çıxmasını istəyıb. Məhkəmə zalından çıxarılan müşahidəçilər “Osman Kavala qürurumuzdur” deyərək, çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG