Türkiyədə Ukraynada böhran, xüsusilə də Krımda baş verən hadisələrə xüsusi diqqət verilir. Qara dənizdə Türkiyə sahillərindən 280 kilometr məsafədə yerləşən Krım yarımadasında türk mənşəli Krım tatarlarının böyük icması mövcuddur. Onlar Rusiyanın Krıma müdaxiləsinin əleyhinədir.
Bu günlər Ankarada yüzlərlə Krım tatarının iştirakı ilə nümayişlərdə “Rusiya Krımdan əlini çək” şüarları səsləndirilib.
Krım tatarlarının milli parlamentində Türkiyə təmsilçisi Zəfər Kalatay kütləyə müraciət edib. O, Rusiyanın Krımda mövcudluğunu kəskin tənqid edib. “Tarix özünü təkrar edirmi?” sualını verən Zəfər Kalatay Krımda baş verən hadisələrdən dərin narahatlıq doğurdunu əlavə edib.
Ankaradakı aksiya böyük etnik tatar icmasının Türkiyədə keçirdiyi nümayişlərdən biridir. Tatarlar Osmanlı imperatorluğu dövründə Rusiyadan qaçaraq, Türkiyəyə pənah gətirmişlər.
Daha çox ölkə daxilində baş verən hadisələrə diqqət verən Türkiyə mediası bu günlər Krımda dərinləşən böhranla bağlı məlumatlara geniş yer verir.
Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu siyasi gənrginlik başlayandan Ukraynaya və Krıma səfər edən ilk xarici rəsmi nümayəndələrdən biri olub. “Baş nazirimiz və prezidentin bizim Krım, ya da dünyanın hər hansı bir yerində olursa olsun maraqlarımıza biganə qalacağını fikrinizə gətirməyin. Qardaşlarımız hər hansı bir yerdə əziyyət çəkirsə, biz birini olaraq onlara yardın göstərib əlimizdən gələni edirik”-deyə Əhməd Davutoğlu bildirib.
İstanbul Texniki universitetində türk xalqları məsələləri üzrə mütəxəssis olan Umut Üzer türklər və tatarlar arasında güclü qardaşlıq əlaqələrinin olduğunu bildirir. “18-ci əsrə qədər Krım Osmanlı imperatorluğunun bir hissəsi idi. Yəni ora türklər və müsəlmanların yaşadığı bizim ərazi idi. Xarici işlər nazirinin ora səfər etməsi və nümayəndələrlə görüşməsi Krım tatarlarının taleyinə marağı əks etdirir”-deyə o bildirir.
Türkiyədə olduqca mühüm yerli seçkilərə hazırlıq gedir. İqtidarda olan Ədalət və İnkişaf partiyasının tərəfdarlarının böyük hissəsi regionda türk xalqlarının vəziyyətinə xüsusi həssaslıqla yanaşan millətçilərdən ibarətdir. Türkiyə hökuməri tatarlara dəstək məsələsində qəti mövqe göstərir. Lakin professor Üzer deyir ki, Krımda vəziyyət gərginləşsə, Ankara vəziyyətə ehtiyatlı mövqedən yanaşacaq. “Böyük nümayişlər olacaq, çünki Türkiyədən xaricdə türklərin, ya da türk xalqlarının qətliamı baş versə, bu, insanları birləşdirəcək. Bu nümayişlərə millətçilər gedəcək. Lakin bu gün mən rəsmilərin hərbi yolla məsələyə müdaxilə edəcəyini gözləmirəm”-deyə professor Üzer bildirib.
Etnik tatarların Ədalət və İnkişaf partiyasının dəstəyini almaq üçün lobbiçilik səylərini gücləndirəcəyini gözlənilir. Lakin Türkiyə enerji ehtiyaclarını ödəmək üçün Rusiyadan asılır və ikitərəfli münasibətlərdə Suriya məsələsinə görə gartıq ərginlik müşahidə edilir. Xarici İşlər naziri Əhməd Davutoğlu gərginliklərin rolunu azaltmağa çalışaraq, Ankaranın Krıma görə Moskva ilə böhranın dərinləşməsinə imkan verməyəcəyini bildirib. Təhlilçilər rəsmi Ankaranın Ukraynada hadisələr davam etdikcə ehtiyatlı mövqe tutacağını deyir.