Cümə axşamı İstanbulda 5.7 bal gücündəki zəlzələ zamanı binalarda çatlar əmələ gəldiyi və bir məscidin zədələndiyi bildirilib.
Ölkənin ən böyük şəhərindəki idarələr və məktəblərdən insanlar müvəqqəti evakuasiya edilib.
Həm rəsədxana, həm də Birləşmiş Ştatların Geoloji Tədqiqat Mərkəzi zəlzələni 5.7 bal səviyyəsində qiymətləndirib.
Şəhər meri Əkrəm İmamoğlu Twitter səhifəsində dağıntılar və ya xəsarət barədə məlumat verilmədiyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə 8 adamın xəsarət aldığını və müalicə olunduğunu xəbər verib.
"Kiçik zərərdən savayı ürəyimizi ağrıdacaq bir xəbər eşitməmişik," Ərdoğan bildirib.
Səhiyyə Naziri Fahrettin Koca Tvitterdə ölüm halının olmadığını təsdiqləyib.
Telekanallarda Avçılar məhəlləsində məscid minarəsinin dağıldığı göstərilib.
Şəhərdə məktəblər bağlanıb.