Accessibility links

Türkiyə və İranın Qafqazda nüfuzu


Türkiyə və İranın Qafqazda nüfuzu
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Bu yaxınlarda Türkiyənin İranın casus şəbəkəsi olduğunu iddia edərək, həyata keçirdiyi həbs iki qonşu arasında rəqabətin artmasına işarə kimi qiymətləndirilir. Bu həbslər Türkiyənin Tehranın öz təsir dairəsi hesab etdiyi Qafqazda nüfuzunu genişləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Keçən ay Türkiyə polisi İran casusları olduğu iddia edilən şəxsləri televiziya kameraları qarşısına çıxardı.Həmin şəxslər hazırda İranda edam hökmü ilə üzləşən dissident Həbib Çaabın noyabr ayında qaçırılmasına görə həbs olunub.

Etnik ərəb separatçılarının lideri olan Çaab yaşadığı İsveçrədən rəsmilərin İran kəşfiyyatı üçün işlədiyini dedikləri bir qadınla görüşmək üçün Türkiyəyə gətirilib. Türkiyə rəsmilərinin yayımladığı görüntülərdə qadın və onun iranlı kontaktının Türkiyəyə gəldiyi göstərilir.

Qaçırılmasından bir az əvvəl Çaab və onu İran sərhədinə aparmaq üçün istifadə olunan mikroavtobusun görüntüləri göstərilib. Bəzi təhlilçilər həbslərin ictimailəşdirilməsinin bir mesaj olduğunu hesab edir. Bonn universitetindən Zaur Qasımov: “Bu təkcə İrana deyil, həm də Qərb ictimaiyyətinə Türkiyənin onun bir hissəsi olduğuna dair mesaj idi. Bu həm də NATO ölkələrinə Türkiyənin hələ də mühüm rol oynadığı və Yaxın Şərq siyasəti və İran ətrafında vəziyyətlə bağlı çox əhəmiyyətli olduğunu nümayiş etdirmək üçün siqnal idi.”

Türkiyə İran rejiminə yardım etdiyinə görə Qərb müttəfiqlərinin tənqidləri ilə qarşılaşıb. Türkiyənin dövlətə məxsus Halkbank bankına qarşı ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə Nyu Yorkda ittihamlar irəli sürülüb.

Suriya münaqişəsində Türkiyə və İran Rusiya ilə yanaşı bir-biri ilə əməkdaşlıq edir.
Lakin Dağlıq Qarabağda Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləməsi Türkiyənin Qafqazda nüfuzunu genişləndirməsi kimi qiymətləndirilir. Bu isə İran və Türkiyə arasında rəqabətin artıracaq bir addım hesab edilir. “İranlılar Türkiyənin Qafqazda və Orta Asiyada təsirindən həmişə qorxub. İran Türk dünyasında nüfuzunu artırmağa çalışsa da uğursuzluğa uğrayıb və budan sonra da uğursuz olacaq. Buna görə də İran özünü ərəblərlə türklər arasında sıxılmış hiss edir” - deyə, Türkiyənin Xarici Siyasət İnstitutundan Hüseyin Bağçı bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müharibədəki qələbəsinin qeyd etdiyi paradda oxuduğu şeir İranın qəzəbinə səbəb olub.

İranın ali ruhani lideri Əli Xameneyi də Türkiyəni İsraillə yaxınlaşmaqda günahlandırıb. Ankaranın İsraillə gərgin münasibətlərini yaxşılaşdırmağa çalışdığı bildirilir.

Türkiyənin Azərbaycanda və Qafqazda nüfuzunu artırması gözlənidliyi halda İran və Türkiyə arasında rəqabət də belə görünür davam edəcək.

XS
SM
MD
LG