Accessibility links

Avropa İttifaqının liderləri Ərdoğanla danışıqlarda müsbət inkişaf fonunda insan haqları barədə xəbərdarlıq edib


Avropa Şurasının prezidenti Çarlz Mişel
Avropa Şurasının prezidenti Çarlz Mişel

Avropa Şurasının prezidenti Çarlz Mişel və Avropa İttifaqı Komissiyasının başçısı Ursula Von Der Leyen münasibətləri yenidən qurmaq məqsədi ilə danışıqlar aparmaq üçün aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ərdoğanla Ankarada görüşdükdən sonra Mişel jurnalistlərə Avropa İttifaqının Türkiyədə insan haqlarının durumu ilə bağlı dərin narahatlığı barədə danışıb.

“Qanunun aliliyinə və fundamental hüquqlara hörmət Avropa İttifaqının əsas dəyərləridir və bu mövzuda Prezident Ərdoğanla Türkiyədə son durum, xüsusilə də söz azadlığı, siyasi partiyaların və medianın hədəf alınması ilə bağlı dərin narahatlığımızı bölüşdük” - deyə, Çarlz Mişel bildirib.

Mart ayında Türkiyənin Dövlət Prokurorluğu ölkədəki ikinci ən böyük müxalifət partiyasının bağlanması ilə bağlı iş açıb. Ankara isə aprel ayında Avropa qadınların haqlarını qoruyan İstanbul Konvensiyasından geri çəkilib.

Avropa İttifaqı Komissiyasının başçısı Ursula Von Der Leyen
Avropa İttifaqı Komissiyasının başçısı Ursula Von Der Leyen

Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatının əməkdaşı Emma Sinkler Avropa İttifaqını daha sərt mövqe tutmağa çağırıb.

"Avropa İttifaqı baş verənlərlə bağlı danışmaq və baş verənləri daha sərt şəkildə qınamaq üçün böhrana baxmaq qabiliyyətinə inanmağa başlamalıdır" - deyə, Sinkler bildirib.

Lakin Çarlz Mişel və Ursula Von Der Leyen Türkiyənin əhəmiyyətli enerji ehtiyatlarına malik olduğuna inanılan Egey və Aralıq dənizindəki ərazilərə nəzarətlə bağlı anlaşılmazlığı həll etmək üçün Avropa İttifaqının üzvü Yunanıstanla danışıqlarını alqışlayıb.

Avropa İttifaqının rəsmiləri Türkiyə ilə Ankaranın əsas tələbi olan gömrük ittifaqı müqaviləsinin modernləşdirilməsi barədə danışıqlara başlanacağını bildirib.

İstanbulda yerləşən Edam Araşdırma institutunun təhlilçisi Sinan Ülgen gömrük ittifaqı danışıqlarının Avropa İttifaqına yeni bir təsir gücü verəcəyini və bunun vacib bir addım olduğunu deyib, belə ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi gündəmdə deyil.

"Üzvlüyə son bir neçə ildir hərəkətsiz və inkişafsız qalan yol dalana dirənib və müsbət əlaqələr üçün çox az imkanı olduğunu nəzərə alaraq, Avropa İttifaqı çox az təsir gücünə malikdir"-deyə, Sinan Ülgen bildirib.

Avropa İttifaqının rəsmiləri Yunanıstandan gələn miqrantlar və qaçqınlar da daxil olmaqla, Türkiyənin miqrasiya ilə bağlı razılaşmaya dair öhdəliyini tam yerinə yetirəcəyini gözlədiklərini deyib.

Ankara dörd milyona yaxın suriyalı qaçqına yardım etmək Avropa İttifaqından maliyyə yardımı tələb edir. Von Der Leyen Avropa İttifaqının bu tələbi nəzərdən keçirməyə hazır olduğunu deyib.

XS
SM
MD
LG