Accessibility links

Tyto - yeni tele-tibb cihazı [Video]


Tyto - yeni tele-tibb cihazı
please wait

No media source currently available

0:00 0:01:21 0:00

İsrailli start-ap tərəfindən inkişaf etdirilən yeni cihazla mütəmadi yoxlanışlar üçün həkimə getməyə ehtiyac qalmayacaq.

Tyto adlı yeni cihaz pasientlərə evlərində həkim yoxlanışından keçməyə imkan yaradır.

Nəticələr çox gözəl idi. Ənənəvi həkim yoxlanışları ilə virtual yoxlanış arasında demək olar heç bir fərq yox idi.
Yehezkel Vaysman

“Biz uzaqda olan bir həkimlə üz-üzə ünsiyyət yaradırıq. Həmin virtual həkim pasient üzərində yoxlanış apara və diaqnoz qoya bilir”, Tytocare-in həm-təsisçisi və baş icraçı direktoru Dedi Gilad deyir.

TytoApp applikasiyası alqoritmlər və vizual tanıma texnologiyasından istifadə edərək pasientlərə yoxlanışla bağlı göstərişlər verir, mühüm əlamətləri müəyyən edir və mürəkkəb prosedurları izah edir.

“Applikasiya mənə yoxlanışdan keçməyə yardım edən həkim kimidir”, Tytocare-in məhsul üzrə meneceri Eyal Baum bildirir.

Tele-tibb səhiyyə sənayesində artan bir trenddir. Bununla texnologiya vasitəsilə xəstələr üçün xidmətlər təkmilləşdirilir, sığorta şirkətlərinin isə xərcləri azalır.

Tyto-nun dəqiqliyi və keyfiyyətini ənənəvi yoxlanışlarla müqayisə etmək üçün cihaz İsrailin Petah Tikvah şəhərində yerləşən Şnayder Uşaq Mərkəzində sınaqdan keçirilib.

Biz uzaqda olan bir həkimlə üz-üzə ünsiyyət yaradırıq. Həmin virtual həkim pasient üzərində yoxlanış apara və diaqnoz qoya bilir.
Dedi Gilad

“Nəticələr çox gözəl idi. Ənənəvi həkim yoxlanışları ilə virtual yoxlanış arasında demək olar heç bir fərq yox idi”, deyə mərkəzdən Yehezkel Vaysman bildirir.

Amma hətta Tyto-nun tərəfdarları da də tele-tibbin məhdudiyyətlərinin olduğunu deyir. Onlar bəzi xəstəliklər və şikayətlər üçün həkimə getməyin vacibliyini də dərk edir.

XS
SM
MD
LG