Accessibility links

Twitter-in təsisçisi və baş direktoru Cek Dorsi istefa verib


Twitter-in qurucusu və icraçı direktoru (CEO) Cek Dorsi şirkətin rəhbəri vəzifəsini tərk edib.

Twitter-in yayımladığı press relizdə bildirilir ki, Dorsinin yerini 2017-ci ildən şirkətin baş texnologiya direktoru vəzifəsində çalışan Paraq Aqraval əvəzləyəcək. Şirkətin bu addımları dərhal qüvvəyə minir.

"Qərara gəldim ki, Twitteri tərk edim, çünki şirkətin qurucularından ayrılmağa hazır olduğuna inanıram. Twitter-in CEO-su kimi Paraqa etibarım dərindir. Mən onun bacarığına, ürəyinə və ruhuna görə dərin minnətdam. İndi onun rəhbərlik etmək vaxtıdır" - deyə, Dorsi yayımladığı açıqlamada bildirir.

Dorsey bazar ertəsi tvitində istefasını rəsmiləşdirib və niyə getdiyini izah edən bir məktub əlavə edib.

"Heç kimin eşitdiyinə əmin deyiləm, amma Twitter-dən istefa verdim" - deyə, yazıb.

45 yaşlı Dorsi 2006-cı ildə mikrobloq platformasını qurub və 2008-ci ilə qədər şirkətin CEO-su vəzifəsini tutub. Daha sonra ikinci dəfə 2015-ci ildə yenidən bu vəzifəyə qayıtmışdı.

Keçən il şirkətin əsas pay sahibi olan Elliott Management Dorsinin Twitter-in baş direktoru və ya qurduğu rəqəmsal ödəniş şirkəti olan Square-in baş direktoru olmaq arasında seçim etməsini istəyirdi.

Twitterin səhmləri bu xəbərdən sonra yüksəlsə də, lakin səhmlərin satışı dayandırılıb.

XS
SM
MD
LG