Twitter ifrat sağçı media şəxsiyyəti olan Aleks Consun hesabına daimi qadağa qoyub. Buna səbəb Consun davranışının Twitter-in qaydalarına zidd olması göstərilir.
Twitter daha öncə Consun hesabını müvəqqəti bağlamışdı. Lakin sonuncu qərar nəticəsində Consun hesabı daimi bağlanmış olacaq.
Konspiraloji nəzəriyyələri yayan bir şəxs kimi tanınan Consun Twitter-də 900,000 izləyicisi var. Onun InfoWars vebsəhifəsinin də yüz minlərlə izləyicisi var.
Twitter CNN müxbirini təhqir etməsi kadrlarının yayılmasından sonra Consu, sosial şəbəkənin istifadəçi qaydalarını pozmaqda ittiham edib.