Accessibility links

Twitter xoşbəxtlik səviyyəsini müəyyən edir


Vermont universitetinin alimləri və MİTRE təhlil şirkəti birlikdə maraqlı bir araşdırma aparıb. Twitterdə on milyonlarla yazışmaya əsaslanan araşdırmalar qlobal xoşbəxtliyin ölçülməsi mahiyyəti daşıyıb.

Xoşbəxtlik göstəricilərinin müəyyən edilməsi üçün 10 min söz götürülüb. Onlar 1-lə 10 ballıq şkala üzrə dəyərləndirilib. Nəticələrə görə, xoşbəxtlik 8.3, həbs sözü isə 1.76 bal qazanıb.

Dəyərləndirmələr gün ərzində yaşanan xoşbəxtliyi müəyyən edib. Boston hücumları həyata keçirilən gün-aprelin 15-də xoşbəxtlik reytinqi kəskin şəkildə enib. Belə bir kədərli gün 5 il öncə yaşanıb. Xoşbəxtliyin ən yüksək günü dekabr ayının 25-i, Milad bayramı günü olub.

Araşdırmalar yalnız ingilis dilini əsas götürüb.Lakin yaxın gələcəkdə 12 dili əhatə edən araşdırmalar insanları saatlıq, hətta saniyəlik məlumatlarla təmin edəcək.
XS
SM
MD
LG