2001-ci il, 11 sentyabr terror hücumlarının müəllifi və onun dörd silahdaşı üzərində ikinci məhkəmə cəhdi qalmaqalla müşayiət olunub. Müttəhimlərin proseduru müntəzəm qaydada pozması nəticəsində proses gecəyədək davam edib.
Xalid Şeyx Məhəmməd və onun dörd yoldaşının məhkəmə dinləməsi cəmi bir neçə saat vaxt aparmalı idi, amma əvəzində proses 13 saat çəkdi. Müttəhimlərin yemək və ibadət tələbləri, üstəlik prosesi müntəzəm pozmaq cəhdləri dinləməni xeyli uzatdı.
Məhkəmə zalında müttəhimlər diz üstə çöküb Allaha dua etməyə başladılar və hakimi qulaqarında vurdular. Onlar dinləmənin ərəbcə tərcüməsini dinləməkdən imtina edir, birisi 20 səhifəlik ittihamnamənin əvvəldən axıradək ucadan oxunmasını tələb edirdi.
“Onlar məhkəmədə cihad edirlər,” deyə qardaşını terror hücumunda itirmiş Debra Burlingame bildirdi.
11 sentyabr hücumlarında əli olduğunu etiraf etmiş Məhəmməd və onun dörd tərəfdaşı təqsirkar olub-olmadıqları haqda bəyanatı sonrakı vaxta keçirdilər. Onlar Dünya Ticarət Mərkəzi və Pentaqondakı hücumlarda 2,967 qətl və terror maddələri ilə ittiham olunurlar. Bu ittihamlar, sübuta yetirilərsə, onlara edam cəzası düşür.