Türkmənistan təbii qazını Avropa bazarlarına çıxararaq, Avropa ölkələrinin Rusiyadan asılılığını azaldacaq qaz kəmərinin çəkilişinə başlayıb.
Prezident Qurbanqulu Berdımuxamedov paytaxt Aşqabatdan 400 kilometr cənubda yerləşən Şatluk qaz yatağında “Şərq-Qərb” kəmərinin açılış mərasimində iştirak edib.
Min kilometerlik qaz kəməri ölkə ərazisindən keçərək ildə 30 milyard kubmetr qazı Xəzər dənizinə nəql edəcək.
Prezident Bedımuxamedov deyib ki, 2 milyard dollara başa gələcək layihə Türkmənistanın iqtisadi və siyasi nüfuzunu artıraraq, eyni zamanda qlobal enerji təhlükəsizliyinə töhfə verəcək.
Qaz kəmərinin çəkilişi 2015-ci ilə qədər başa çatmalıdır.