Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki, Piri Reis kəşfiyyat gəmisi Aralıq dənizinin Kirp türklərinin sularında qaz və neft axtarışına başlayır. Türkiyənin bu qərarı Ankara ilə Kipr türklərinin kəşfiyyatla bağlı razılıq əldə edilməsindən sonra verilib. Razılığın əleyhinə çıxan Avropa İttifaqı keçən həftə Kipr yunanalrının eyni qərarına etirazını bildirmişdi. Taner Yıldız qərarın heç bir gərginliyə səbəb olmayacağını bildirib. Kipr prezidenti Dimitris Ktistofias BMT-nin Baş Assambelyasının sessiyasında yeni enerji mənbələrini Kipr türkləri ilə bölüşməyə hazır olduğunu deyib. O, Türkiyənin qərarının təhrikedici və region üçün təhlükəli olduğunu bildirib. Türkiyə Kiprin türk hissəsini rəsmən tanıyan yeganə ölkədir.
Türkiyənin Piri Reis gəmisi Aralıq dənizində qaz və neft kəşfiyyatına başlayıb
- Amerikanın səsi